Çin liderindən Qazaxıstan mesajı

Çin dövlət başçısı Si Cinpin Qazaxıstan liderini dəstəklədiyini, xarici güclərin bu ölkədə xaos və yenidən “məxməri inqilab”lar yaratmasına qarşı olduqlarını açıqlayıb. Çin lideri bu ölkədə baş verən son hadisələrdə insan itkisindən dərin kədərləndiyini bildirib, qazaxıstanlı həmkarına başsağlığı verib. O, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevin etirazlarla bağlı mövqeyini yüksək qiymətləndirib: “Siz kritik vaxtda qətiyyətli addımlar ataraq, gərginliyi…

Rusca danışan hərbçilər Qazaxıstanda dinc insanları qırır

Bu gün yanvarın 8-də səhər saatlarında Alma-Atanın mərkəzində atışmaların hələ davam etdiyi bildirilir. Qazaxıstan hüquq-mühafizə orqanları şəhərdə “antiterror əməliyyatının davam etdiyi” haqda məlumat yayıb. Məlumata görə silahlılar xiyabanlarda və parklarda gizlənir, təhlükəsizlik qüvvələrinin işini Alma-Ataya çökmüş qatı duman çətinləşdirib. Saxlanılanların və öldürülənlərin dəqiq sayı məlum deyil. Amma təxmini məlumatlara görə indiyədək  4 mindən çox adam…

“Bu il daha 40 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır”

“Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən ümumilikdə 40 000 ha ərazinin təmizlənməsi planlaşdırılır”. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. O bildirib ki, ANAMA-nın öhdəliyinə düşən ərazi 20 000 ha təşkil edir: “Məhz yeni müdavimlərin hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək”.

Şuşadakı abidələrin “Bərpa təlimatı” hazırlanıb

Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb. Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələr öz əksini tapıb: “Bunlar işğalın nəticələri və səbəb olduğu…

Avropa İttifaqı Qazaxıstana yardım etməyə hazır olduğunu bəyan etdi

Avropa İttifaqı Qazaxıstana yardım etməyə hazırdır. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Fransanın Aİ Şurasına sədrliyinin başlaması ilə bağlı Parisdə keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib. “Mən Qazaxıstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm. Vətəndaşların hüquqları və təhlükəsizliyi prioritetdir və təmin edilməlidir. Mən zorakılığa son qoymağa və təmkinli olmağa çağırıram. Avropa İttifaqı bacardığı…

KTMT Qazaxıstanda hansı haqla girib?

Artıq beş gündür ki, Qazaxıstan xaosa qərq olub. Ölkənin ən böyük şəhəri və keçmiş paytaxtı olan Almatıda, eləcə də bir çox şəhərlərində polis qüvvələri və etirazçılar arasında baş vermiş ciddi qarşıdurma nəticəsində hər iki tərəfdən xeyli sayda ölən və yaralanan var. Almatı şəhərində nümayişçilər hökumət və hüquq-mühafizə orqanlarının binalarını ələ keçiriblər. Ölkənin daxili qoşunları şəhəri…

“Pfizer” şirkəti dünya üzrə vaksin tədarükünün həcmini açıqlayıb

“Pfizer” şirkəti 2021-ci il dekabrın 28-dək koronavirusa qarşı 2,5 milyarddan çox vaksinin tədarükünü həyata keçirib. İndiyədək dünyanın 166 ölkə və ərazisinə vaksin tədarük edilib. Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 300 milyon nəfəri ötüb. Onlardan 5 471 856 nəfəri ölüb. Yoluxma sayına görə ilk 3 pilləni ABŞ, Hindistan və Braziliya tutur.

Şoyqu Putinə Qazaxıstanla bağlı daim məlumat verir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə sülhməramlı qüvvələrin köçürülməsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı missiyası çərçivəsində onların tapşırıqlarının yerinə yetirilməsinin gedişi barədə davamlı olaraq hesabat verir. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. “Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu KTMT sülhməramlı qüvvələrinin əməliyyata başladığı andan Putinə sülhməramlı qüvvələrin Qazaxıstana…

Türkiyədə erməni uydurmalarından bəhs edən kitab nəşr olunub

Türkiyədə azərbaycanlı jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının “Erməni uydurmalarından yaranan bəşəri cinayətlər: dünəni və bu günü” (“Ermeni Uydurmalarından Doğan Beşerî Cinayetler: Dün ve Bugünü”) adlı elmi əsəri çap edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə “BENGÜ” Yayın Evində nəfis tərtibat və yüksək poliqrafiya ilə türk dilində…

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yeni Günəşlidə “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar. Məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan,…