UNESCO Azərbaycana və Ermənistana missiya göndərəcək

UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərməsinə dair razılıq əldə olunub. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə razılıq əldə olunub. Görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə…

Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiqlədi

“Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib. Bu barədə TRT məlumat yayıb. Bildirilib ki, TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Şuşa Bəyannaməsi adıçəkilən komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub. Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında hərbi…

“Azad olunmuş ərazilərdəki quruculuq işlərinə Macarıstan da qoşulur”

Bakıda Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilib. İki ölkə rəsmilərinin  iştirak etdiyi forum Azərbaycan və Macarıstan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri əhatə edib. AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes…

ABŞ Avropaya əlavə qüvvələr göndərəcək

Pentaqon yaxın günlərdə Rumıniya, Polşa və Almaniyaya əlavə 2000 hərbçi göndərəcək. Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi brifinqdə deyib. “Mövcud vəziyyət bizdən NATO-nun Şərq cinahının çəkindirmə və müdafiə imkanlarını gücləndirməyi tələb edir”, – Kirbi bildirib. O, hərbi personalın bölgəyə daimi göndərilmədiyini, bu tədbirin regiondakı Amerika müttəfiqlərinə dəstək məqsədi daşıdığını vurğulayıb: “Bu, hazırkı vəziyyətə reaksiyadır,…

Türkiyə və Ukrayna birgə PUA istehsalına dair müqavilə imzaladı

Ukrayna və Türkiyə arasında Pilotsuz Uçuş Aparatlarının (PUA) birgə istehsalına dair çərçivə sazişi imzalanıb. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama verib. Bu gün təhlükəsizlik və sülh məsələlərini də müzakirə etdiklərini bildirən Zelenski deyib: “Qarşımızda duran çətinliklər və onların aradan qaldırılması üçün atılacaq addımlar görüşümüzün əsas mövzuları idi. Ukrayna və Rusiya arasında vasitəçilik təşəbbüsünə görə…

Ərdoğan Kırım tatarları ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada Kırım tatarlarının nümayəndə heyətini qəbul edib. “Haberler”  xəbər verir ki, “Borispil” hava limanındakı qəbulda Kırım tatar türk xalqının milli lideri və ukraynalı millət vəkili Mustafa Əbdülcəmil Kırımoğlu və nümayəndələr iştirak ediblər. Qəbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum, Türkiyə Prezident…

Putinlə Makronun telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla növbəti telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Prezidentlər Ukrayna ətrafındakı vəziyyəti və Rusiyanın təklif etdiyi təhlükəsizlik zəmanətlərini müzakirə ediblər. “Putin yenidən Kiyev rəhbərliyinin Minsk razılaşmalarına zidd olan təxribat xarakterli bəyanatlarına və hərəkətlərinə diqqət çəkib”, – deyə məlumatda bildirilir. Bundan əlavə, dövlət başçıları işlərin…

Gənc soydaşlarımız Florida Beynəlxalq Universitetindəki sərgidə ölkəmizi təmsil ediblər

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Tələbə Təşkilatı yüksək reytinqə malik olan Florida Beynəlxalq Universitetində təşkil edilən tələbə təşkilatlarının sərgisində ölkəmizi təmsil edib. Azərbaycan guşəsində ölkəmizin qədim və müasir memarlıq abidələrinin fotostendi qurulub, zəngin mədəniyyətimizi və adət-ənənələrimizi əks etdirən suvenirlər nümayiş etdirilib. Azərbaycan-Amerika Tələbə Təşkilatının həmtəsisçisi, universitetin siyasi…

Sahibə Qafarova Latviyanın baş naziri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfər çərçivəsində bu ölkənin Baş naziri Arturs Krişyanis Karinş ilə görüşüb. Görüş zamanı baş nazir Azərbaycan nümayəndə heyətini salamlayaraq, qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək. Latviyanın Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini bildirən Baş nazir…

“Rusiya işğal yolunu seçsə…”

Kanada parlamenti Ukrayna böhranını müzakirə etmək üçün xüsusi gündəmlə iclas keçirib. Baş nazir Castin Trüdo müsbət COVID-19 testi səbəbiylə karantində olduğu evindən onlayn əlaqə ilə iclasa qatılıb. İki saatdan çox davam edən iclasda Trüdo deputatların suallarını cavablandırıb. “Rusiya münaqişə axtarır. Əgər Rusiya Ukraynanı işğal edərsə, bunun ciddi və ağır nəticələri olacaq”, – baş nazir deyib.…