Nikolayevdə dəhşətli gecə

31 iyul gecə saatlarında Ukraynanın Nikolayev şəhəri Rusiya ordusu tərəfindən şiddətli atəşə tutulub. Bu barədə şəhərin meri Aleksandr Senkeviç bildirib. “Bu gün Nikolayev şiddətli atəşə məruz qalıb. Yəqin ki, bütün müharibə ərzində ən şiddətli atəş olub”, – deyə o bildirib.

Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının qərargahını vurdu

Ukrayna ordusu Rusiyanın Qara dəniz Donanmasının Sevastopolda yerləşən qərargahına zərbə endirib. Zərbə nəticəsində beş nəfər xəsarət alıb. Rusiya tərəfi zərbənin pilotsuz uçuş aparatı ilə endirildiyini bildirib. Donanma qərargahına endirilmiş zərbə ilə əlaqədar Rusiyanın Hərbi Dəniz Donanması Günü münasibətilə tədbirlər təxirə salınıb. Qeyd edək ki, Rusiyada hər il iyul ayının sonuncu bazar günü Hərbi Dəniz Donanması…

Deputat qazinin toyunda iştirak etdi – Foto

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və qazilərə göstərdiyi xüsusi diqqət və qayğısı ilə həyata keçirilən dövlət siyasətinə  uyğun olaraq, Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən şəhid ailələri və qazilərə xüsusi diqqət yetirilir, onların müraciətlərinə həssas və operativ yanaşılır.  “Qafqazinfo” xəbər verir ki, ötən gün deputat Anar Məmmədov Goranboy rayonunda Vətən…

Azərbaycanın Ukraynadakı səfirliyinin MÜRACİƏTİ

Ukraynada təhlükəsizlik şəraitinin qənaətbəxş olmaması ilə əlaqədar səfirlik ölkədə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək aşağıda qeyd olunanları nəzərə almağı tövsiyə edir: – Aktiv hərbi əməliyyatların davam etdiyi, habelə intensiv hava hücumuna məruz qalan bölgələrə səyahətdən yayınmaq; – Hərbi hissələr və müdafiə sənayesi müəssisələrindən, o cümlədən potensial hədəf ola biləcək digər…

Zəngilan rayonu Ağalı kəndi

İyulun 19-dan başlanaraq Zəngilanın Ağalı sakinlərinin 30 illik həsrətinə son qoyuldu. Mərhələli şəkildə Ağalı sakinləri doğma yurd yerlərinə qayıtdılar. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün kənddə Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb. Hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri…

Ağ Evdən Ərdoğana təşəkkür

Ağ Evdən taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzinin fəaliyyətə başlamasına dair açıqlama verilib. ABŞ administrasiyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Dövlət başçısının Ukraynadan taxıl ixracı üçün sözügedən mərkəzinin yaradılmasında göstərdiyi səyləri xüsusi olaraq qeyd edib.

Zelenski Ukraynanın azad edilməsi üçün kritik müddəti açıqladı

Ukrayna Rusiyanın ələ keçirdiyi əraziləri yaxın 3-6 həftə ərzində geri qaytarmalıdır. Çünki daha sonra bunu etmək xeyli çətinləşəcək. Bunu bir müddət öncə Kiyevə səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Smitin sözlərinə görə, onlarla görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Zelenski fikrini bir müddət sonra havaların soyuyacağı və sərt qışın gələcəyilə izah edib.…

Ukraynalı pilotlara ABŞ qırıcılarını idarə etmək öyrədiləcək

Amerika Birləşmiş Ştatları ukraynalı pilotlara və uçuş heyəti üzvlərinə F-15 və F-16 qırıcılarını idarə etmək üçün təlim keçmək məqsədilə 100 milyon dollar ayıracaq. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat katibi Yuri İqnatın sözlərinə görə, onlar gələn ildən pilotların hazırlanmasına başlayacaqlar. Qeyd edək ki, bundan əvvəl Ukraynanın müdafiə naziri Aleksiy Reznikov ABŞ qırıcılarının Kiyevə…

İlham Əliyev birinci Ermənistan-Azərbaycan müharibəsində 3 890 nəfərin itkin düşdüyünü bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenlə telefon danışığında birinci Ermənistan-Azərbaycan müharibəsindən 3 890 nəfərdən artıq azərbaycanlının itkin düşmüş şəxs hesab olunduğunu bildirib. Azərbaycan Prezidenti Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməməsinə diqqəti çəkib.

Blinken Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını dəstəkləyib

ABŞ Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edib. Bu barədə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bildirib. Blinken Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirib.