Rafael Ağayev RƏİS TƏYİN EDİLDİ

Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib. 37 yaşlı idmançı “Azerterminalkompleks” Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib. Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Təcrübəli karateçiyə mayor rütbəsi…

“O vaxt yeni stansiyalar tikməyə pulumuz yox idi”

“Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü”. Bu sözləri Prezident İlham Əliyev “AzərTAc”a müsahibəsində deyib.…

“Rusiya diplomatlarına Ukraynanı tərk etməyi tövsiyə edə bilər”

“Moskva Ukraynadakı diplomatik nümayəndəliklərinin əsas olmayan əməkdaşlarına ölkəni tərk etməyi tövsiyə edə bilər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Elizabet Trass ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Biz onların (anqlo-sakson həmkarların) fəaliyyətlərinə baxdıq və ola bilsin ki, biz də yəqin ki, diplomatik nümayəndəliklərimizin əsas olmayan əməkdaşlarına bir müddətlik evlərinə qayıtmağı tövsiyə edəcəyik”,…

“Raket ataraq dünyanı silkələyə bilərik”

Son bir ayda yeddi ballistik raket sınağı keçirən Şimali Koreya ABŞ-la bağlı sərt açıqlama verib. Bu barədə Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bir çox ölkələrin ABŞ-a boyun əymə və kor-koranə itaət etməklə vaxt itirdiyi müasir dünyada yalnız bizim ölkə raket ataraq dünyanı silkələyə bilər. Dünyada 200-dən çox ölkə var, lakin yalnız bir neçəsində hidrogen…

Böyük Britaniyada koronavirusla bağlı bütün məhdudiyyətlər qaldırılır

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlərin fevralın sonunda qaldıracağını açıqlayıb. O, mövcud məhdudiyyətlərin bir ay əvvəl ləğv edilə biləcəyini bildirib. Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlanmışdı. Qeyd edək ki, fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün evdə özünütəcrid şərti qaldırılacaq.

Belçika Azərbaycan Evində soydaşlarımızla görüş keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Brüssel şəhərində fəaliyyət göstərən Belçika Azərbaycan Evində bu ölkədə və Niderlandda yaşayan azərbaycanlılarla görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Belçikadakı səfirliyinin məsul nümayəndələrinin qatıldıqları tədbirdə Belçika Azərbaycan Evinin fəaliyyət strategiyası və istiqamətləri müzakirə edilib, iş planı müəyyənləşdirilib, təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb.…

Hərbçilərin pensiyası təkrar hesablanacaq

Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının hansı qaydada yenidən hesablanacağı müəyyənləşib. Təminat xərcliyinə vəzifə və rütbə maaşı, vəzifə maaşından hesablanan əlavələr, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyası daxildir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarına əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən…

“Yoluxmanın yayılmasına səbəb Omikrondur”

“Son günlər ölkədə koronavirusa yoluxma kəskin artır. Bunun əsas səbəbi “Omikron” ştamıdır. Çünki yeni ştam daha yoluxdurucudur”. Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, hazırda ölkədə koronavirusla bağlı vəziyyət idarəolunan və nəzarət altındadır: “Xəstəxanaya çatdırılma və müalicə ilə bağlı heç bir problem yoxdur. “Omikron”la bərabar hələ “Delta” variantı da gündəmdir. Reanimasiyaya…

Azərbaycan XİN Ermənistana cavab verib

“Ermənistan XİN-inin yaddaşını təzələyirik: Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu ərazilərdə geniş miqyaslı qeyri-qanuni fəaliyyət, o cümlədən urbisid, kultursid və ekosid törədən bir ölkədir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. “Ermənistan Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndini yer üzündən silib.…

Daxili işlər nazirindən yeni təyinat

Daxili işlər orqanında kadr dəyişikliyi olub. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Vəfalı Həsənalıyev Ağdaş Rayon Polis Şöbəsinə rəis təyin edilib. O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Qeyd edək ki, əvvəlki rəis Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik…