Politoloq: Rusiya Ukraynaya bütün cəbhə boyu hücum edəcək gücdə deyil

Rusiya ordusu Ukraynaya  bütün cəbhə boyu  eyni anda hücum edəcək qədər gücdə deyil, bunu Kiyevdə yaşayan soydaşımız “Analitik və İnformasiya Platforması” təşkilatın sədri, politoloq Qulu İbrahimov PLATFORM4.NEWS -a müsahibəsində bildirib. “Rusiya Ukraynanın şimalında hərbi aktivliyini azaltmaq məcburiyyətində qaldı, çünki Ukrayna ordusu Kiyev vilayətini işğalçılardan uğurla azad etməyi bacardı. Rusiya qoşunları paytaxt ətrafında cəbhə xəttini saxlaya…

İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. -Sizi görməyə şadam. Azərbaycana gəldiyiniz üçün təşəkkür edirəm. Bu, bizim gündəliyimizdə duran mühüm məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Əlbəttə ki, ATƏT-in sədri olaraq sizinlə regionda postmünaqişə vəziyyətindən danışacağıq. Eyni zamanda, Polşa…

İlham Əliyev Böyük Britaniyanın Silahlı Qüvvələr nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib. Görüşdə bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu məmnunluqla vurğulandı və bu dövr ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi. Bu münasibətlə Böyük Britaniya və Şimali…

İlham Əliyev Bakıda yeni inşa edilmiş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin həssas qrupu olan qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün Bakıda yeni inşa olunmuş müasir penitensiar müəssisələrdə yaradılan şəraitlə tanış olub. Ötən əsrin 30-cu illərində inşa olunmuş və dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə inşa edilmiş yeni müəssisələrdə nümunəvi şərait yaradılıb, istirahət, psixoloq, ibadət otaqları və digər otaqlar…

Azərbaycan Kaliforniyada keçirilən festivalda təmsil olunub

Azərbaycan Kaliforniya ştatının Santa Klara rayonunda yerləşən Mauntin Vyu (Mountain View) şəhərində keçirilən multikultural festivalda təmsil olunub. Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ACSNC) qatıldığı festivalda Ukrayna, Meksika, Türkiyə, Peru, İsrail və sair ölkələr iştirak ediblər. Cəmiyyətin təşkil etdiyi Azərbaycan güşəsində ölkəmiz haqqında məlumat posteri, qədim tariximizi, zəngin mədəniyyətimizi əks etdirən milli geyimlər, xalçalar,…

Rotterdamda “Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans təşkil edilib

Niderlandın Rotterdam şəhərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans keçirilib. Benilüks Azərbaycanlıları Konqresi (BAK) rəhbərinin müavini Sima Cəfərovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə diaspor təşkilatlarının başçıları, fəalları, Niderlandda məskinlaşmış Qərbi Azərbaycan icmasının nümayəndələri və Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Azərbaycan və Niderlandın Dövlət…

Bursada diasporumuzun nümayəndələri ilə görüş olub

Bursada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) II Diaspora Forumu çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri ilə görüşü keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, görüş zamanı dövlətimizin diaspor siyasəti, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri və tapşırıqları əsasında diaspor quruculuğu sahəsində həyata keçirilən fəaliyyət istiqamətlərinin və…

YUNUS ALIYEV AZƏRBAYCANLILARIN SOYQIRIMA MƏRUZ QALMASINI DÜNYAYA LAYİQİNCƏ ÇATDIRANLAR ARASINDADIR

31 mart qanlı tariximiz olan, Azərbaycanlıların soyqırım günüdür. Xalqımıza qarşı iki əsr davam edən soyqırım, xain qonşularımız tərəfindən düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur. Soyqırım…

Kanadadakı Azərbaycan dili məktəbində “Novruz-2022” adlı şənlik təşkil edilib

Kanadanın Ontario əyalətinin paytaxtı Toronto şəhər Təhsil Mərkəzinin Xarici Dillər bölməsinin Azərbaycan dili məktəbində “Novruz-2022” adlı tədbir keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Azərbaycan dili sinfinin rəhbəri Yeganə Cəfərova və köməkçi müəllim Gülnar Nəsirova Novruz bayramının adət-ənənələri haqqında şagirdlərə, valideynlərə və qonaqlara geniş məlumat veriblər. Sonra milli geyimli məktəb şagirdləri bayrama…

Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası təşkil edilib

  Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisi – Azərbaycan Evi bu gün kiyevlilərin də böyük ümidlə üz tutduğu məkana çevrilib. Soydaşlarımızın təxliyəsindən sonra UAR paytaxt sakinləri üçün yardımları müntəzəm davam etdirir. UAR İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə bu gün səhər Azərbaycan…