“Dünyada mən gözlədiyimdən daha pis vəziyyət hökm sürür”

“Microsoft”un qurucusu Bill Qeyts özünün yeni müsahibəsində dünyadakı son hadisələrlə bağlı fikirlərini açıqlayıb. Milyarderin qlobal vəziyyətin bu qədər pisləşəcəyini gözləmədiyini açıqlayıb. “Dünyada mən gözlədiyimdən də pis vəziyyət hökm sürür”, – deyə o vurğulayıb. Bill Qeyts pandemiyanın və Rusiya ilə Ukrayna arasındakı silahlı münaqişənin nəticələrinə işarə edərək, baş verənləri dramatik hadisələr adlandırıb. Bill Qeyts fikrinin davamında bildirib ki, əgər…

ABŞ Şimali Koreyanı çəkindirmək üçün nüvə silahından istifadə edəcəyini açıqlayıb

ABŞ Cənubi Koreyaya vəd edib ki, Şimali Koreyaya qarşı “uzunmüddətli çəkindirmə” üçün nüvə potensialı da daxil olmaqla, bütün hərbi imkanlarından istifadə edəcək. Bu barədə iki ölkənin birgə bəyanatında qeyd edilir. Birləşmiş Ştatlar və Cənubi Koreya Şimali Koreyanı hədələyərək bildiriblər ki, onun tərəfindən nüvə hücumuna məruz qalınacağı təqdirdə “əzici və qəti” cavabla qarşılaşacaq və onun atom sınaqları…

İspaniyadan Ukraynaya iriçaplı döyüş sursatları göndərilib

İri çaplı artilleriya sistemləri və döyüş sursatlarını daşıyan təyyarə İspaniyadan Ukraynaya gəlib. Bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko məlumat verib. “Bu, son günlər ərzində Madriddən Kiyevə silah daşıyan beşinci təyyarədir. Qərb bizə nə qədər çox silah göndərsə, Ukrayna Rusiyanın təcavüzünü bir o qədər tez dayandıracaq”, – deyə Anton Qeraşenko vurğulayıb. Bundan əlavə,…

İlham Əliyev “Qarabağ”ın qələbəsi ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ”ın Fransanın “Nant” komandası üzərindəki qələbəsi ilə bağlı paylaşım edib. Platform4.news xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən İlham Əliyev “Qarabağ (Azərbaycan) – Nant (Fransa) – 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!” şərhini əlavə edib. Həmin paylaşımı təqdim edirik:  

“Gərginlik Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesinin vacibliyini nümayiş etdirir”

“Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar 2020-ci ildən bəri ən ciddi gərginlikdir. Bu gərginlik sərhədin delimitasiyası prosesinin vacibliyini nümayiş etdirir”. Bunu BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında Baş katibin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença deyib. “Biz artan gərginlikdən narahatıq. Bu gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırıq”, – o vurğulayıb. M.Yença…

“Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır”

“Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə deyib. Azərbaycan Prezidenti “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat…

“Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır”

“Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir”. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib. “Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”, – Si Cinpin bildirib.

“Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə təbrik mesajı paylaşıb. “Dostumuz, qardaşımız və ayrılmaz parçamız olan Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Biz əvvəlki kimi bundan sonra da azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində yanında olacağıq”, – deyə dövlət başçısı yazıb.  

Moldovada yaşayan soydaşlarımızdan dəstək aksiyası

Moldovada yaşayan soydaşlarımız Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Azərbaycana dəstək ifadə etmək və şəhidlərimizin xatirəsini ehtiramla yad etmək üçün ölkəmizin Moldovadakı səfirliyinin meydanına toplaşıblar. Görüşdə Moldova parlamentindəki hakim “Fəaliyyət və Həmrəylik” partiyasından olan deputat, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Vitali Jakot, Moldovada yaşayan soydaşlarımız, yerli sakinlər, müxtəlif icmaların nümayəndələri və gənclər iştirak ediblər. Görüş iştirakçıları…

“KTMT missiyasının Ermənistana göndərilməsi təklifini Vladimir Putin irəli sürüb”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistana göndərilməsi təklifi Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb”. Bunu brifinqdə jurnalistlər qarşısında çıxış edən KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib. KTMT-nin Qərargah rəisi əlavə edib ki, V.Putinin bu təklifi təşkilata üzv olan bütün dövlətlərin rəhbərləri tərəfindən yekdilliklə dəstəklənib.