“Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı ərəb dilində nəşr olunub

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk Dünyasının zəngin mədəni irsinin beynəlxalq aləmdə təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirməkdədir. Bu layihələrdən biri “Azərbaycan qadın şairlərinin poeziya antologiyası”nın hazırlanması, Azərbaycanın görkəmli şairələrin şeirlərinin müxtəlif dillərə tərcümə edilməsi və çap olunmasıdır. Azərbaycan, ingilis, alman və italyan dillərində nəşr edilən “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı ərəb…

“Türk SİHA’ları oyun dəyişdirdi”

Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri İsmail Dəmir jurnalistlərlə görüşündə 2022-ci ildə müdafiə sənayesi sahəsində həyata keçiriləcək kritik layihələrlə bağlı açıqlamalar verib. Quru Qoşunlarının Simulyasiya Sistemləri (KARASİM) müqaviləsinin imzalandığı proqramda mühüm mesajlar verən Dəmir yekun nitqində bunları söyləyib: “Dost və müttəfiq ölkələrimizin inventarında yerini tutan məhsullar bütün dünyaya ixrac edilərkən , Türk SİHA’larının oyun dəyişdirən anlayışı…

Britaniya səfiri Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı təklifini dəstəkləyib

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə vaxt əvvəl ATƏT-in toplantısında bildirdi ki, sülh və təhlükəsizlik Azərbaycan üçün prioritet olacaq”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda deyib. Diplomat qeyd edib ki, Azərbaycan hökumətinin azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı böyük planları var: “Məcburi…

Azərbaycan lideri Ermənistana növbəti dəfə xəbərdarlıq edib

“Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur”. Bunu Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olan zaman  deyib. “Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Biz təkcə öz torpağımızı…

Aİ Azərbaycanla qaz təchizatına dair danışıqlar aparır

Avropa İttifaqı Rusiyadan qaz təchizatı kəsiləcəyi hallarla bağlı Azərbaycan, ABŞ və Qətərlə qaz təchizatına dair danışıqlar aparır. Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin “Şərq sərhədlərimizdə gərginliyin artdığı bir halda birliyimiz gücümüz olaraq qalır” məqaləsində qeyd olunub. Buraya Rusiyanın qaz tədarükünü azaldacağı və ya dayandırmaq qərarına gəldiyi təqdirdə, qaz…

NATO-nun komanda-qərargah təlimləri başlayıb

Belçikanın Ostend limanında NATO-nun “Dynamic Move-2022” mina əleyhinə komanda-qərargah təlimləri başlayıb. Bu barədə NATO-nun hərbi dəniz komandanlığı məlumat yayıb. Məlumatda göstərilir ki, “Dynamic Move-2022” mina əleyhinə 2 həftəlik komanda-qərargah təlimidir. Təlimlər üzv ölkələrin ordularının peşəkarlığının artırılmasına imkan verir. 31 yanvar 8 fevral tarixlərində keçiriləcək təlimlərə 2 ölkə – Ukrayna və Mərakeş müşahidəçi qismində cəlb olunub.

Kanadanın baş naziri ölkədən qaçdı

Kanadada koronavirus ilə bağlı baş verən etirazlar səbəbindən ölkənin baş naziri Castin Trüdo Ottavadan qaçaraq gizli bir yerə aparılıb. Yüzlərlə sürücü ABŞ sərhədini keçmək üçün tələb olunan peyvənd zərurətini etiraz etmək məqsədilə yük maşınlarını Kanadanın mərkəzinə sürüb. Etirazların nə zamanadək davam edəcəyi isə məlum deyil. Xatırladaq ki, noyabrda Ağ Evdən edilən açıqlamada Kanada və Meksikadan…

ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ-ın şərq sahillərində üstün olacaq “Bomba siklon” adlanan qar fırtınası səbəbindən 5 ştatda fövqəladə vəziyyət elan edilib. Boston meri Mişel Vu bu qar fırtınasının “tarixi” olacağını bildirib. Nyu-York, Nyu-Cersi, Merilend, Rod-Aylend və Virciniya qubernatorları əhaliyə yollardan uzaq qalmaları barədə xəbərdarlıq ediblər. Xatırladaq ki, əlverişsiz hava şəraiti səbəbindən cümə və bazar günləri arasında ABŞ-da 5000-dən çox…

Qərbi Avropa qasırğanın cəngində

Almaniyanın liman şəhəri Hamburqda baş verən “Nadia” qasırğasında bir nəfər həyatını itirib. Ölkənin şimalında üstünlük təşkil edən bu qasırğada balıq bazarı sular altında qalıb, reyslər ləğv edilib. Yanğınsöndürənlər sürəti saatda 130 kilometrə çatan “Nadia” qasırğasının nəticəsində aşmış ağaclar və uçan damlar səbəbindən xeyli iş görüblər. Xatırladaq ki, Almaniyanın Meteorologiya Xidməti şimalda sürəti saatda təxminən 100…

Türkiyə Müdafiə Nazirindən Ukraynaya mesaj

“Türkiyə tərəfi olaraq Qaradəniz dialoqunda üzərimizə düşən öhdəlikləri yerinə yeirmişik.” Bu sözləri Türkiyə Respublikası Müdafiə Naziri Hulusi Akar Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlamasında bildirib. Akar qeyd edib ki, Türkiyə bundan sonra da lazımi tədbirlər görməyə davam edəcək.