Boris Conson yenidən baş nazir ola bilər

Sentyabrın 6-da vəzifəsini tərk edən Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson xələfi Liz Trassın istefasından sonra hökumət başçısı postu uğrunda mübarizə aparmaq niyyətindədir. Bildirilir ki, Conson bunun milli maraq məsələsi olduğunu düşünür. Həmçinin, digər mənbələrdən yayılan məlumata görə, xarici ticarət naziri Kemi Beydnok da baş nazirlik uğrunda mübarizə aparmaq niyyətindədir. O, bu yay artıq…

“Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın dirçəliş dastanıdır” – VİDEO

“İşğaldan azad edilən torpaqlarda bir ildə iki hava limanı açmaq hər ölkənin bacara biləcəyi iş deyil”. Türkiyənin Haber Global telekanalının məlumatına görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bəyan edib. “Azərbaycan torpaqları sanki küllərindən təmizlənərək ayağa qalxır. Açılışını etdiyimiz Zəngilan Beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra Qarabağın dirçəliş dastanının…

“İlham Əliyev dünyaya mesaj verdi” – VİDEO

Türkiyənin Haber Global telekanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini işıqlandırmaqda davam edir. Teleşirkətin növbəti süjeti Azərbaycan və Türkiyə liderlərinin ortaq mətbuat konfransına həsr olunub. Prezident İlham Əliyevin tədbirdəki çıxışının önə çəkildiyi videomaterialda dövlət başçısının bütün dünyaya mesaj verdiyi bildirilir. “Bu gün Türkiyə-Azərbaycan qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli bir dövlət bizim qardaşımızdır. Bu, bizim…

Rusiya Ukrayna və Belarus sərhədinə qoşun və texnika cəlb edir

Rusiya Ukrayna və Belarus sərhədinə daha çox qoşun və texnika cəlb edir. Bununla bağlı yayılan peyk görüntülərində Belarusun Zyabrovka hava limanı ərazisində hərbi yük maşınlarının sayının artdığını görmək mümkündür. Eyni zamanda hərbi şəhərciyin ərazisinin genişləndiyi də müşahidə olunur. Jurnalistlər sözügedən ərazinin peyk görüntülərini təhlil edib. Belə nəticəyə gəliblər ki, son bir ay ərzində orada aktiv dəyişikliklər…

Cəbrayılda Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – VİDEO

Oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə,…

İlham Əliyevin ağırlıqqaldırmadakı məharəti Ərdoğanı və üçqat Olimpiya çempionunu heyrətləndirdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Mərasimdə maraqlı anlar yaşanıb. Belə ki, Prezident İlham Əliyev ağırlıqqaldırma üzrə bacarığını nümayiş etdirib. Dövlət başçısının məharəti Türkiyə nümayəndə heyətini, qardaş ölkənin nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan türkiyəli ağırlıqqaldırma üzrə üçqat Olimpiya, beşqat dünya və doqquzqat…

Rusiyanın Ukraynadakı müharibədə itkiləri

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 66 280 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 554 tank, 5 235 zirehli maşın, 1 637 artilleriya sistemi, 372 reaktiv yaylım atəşi sistemi, 189…

“Zəngəzur dəhlizinin reallaşdırılması regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək”

“Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması isə regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək”. Bu sözlər Prezident İlham Əliyevin 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapıb. “Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, burada dayanıqlı məskunlaşma, habelə bölgənin yenidən ölkəmizin inkişaf etmiş…

ÜST rəhbəri 500 milyon insanı gözləyən təhlükəni AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq fəaliyyətsizliyin fəsadları ilə bağlı qlobal hesabat hazırlayıb. Bu gün açıqlanan hesabata görə, hökumətlər bu məsələ ilə bağlı mövqeyini dəyişməsələr, 2020-2030-cu illər arasında fiziki aktivliyin olmaması səbəbindən ürək problemləri, piylənmə və şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən insanların sayı təxminən 500 milyona çatacaq. Bunun səhiyyə sistemlərinə hər il təxminən…