Sakit okeanda yeni ada peyda olub

NASA Rəsədxanasının məlumatına görə, Sakit Okeanın cənub-qərbində yeni ada peyda olub. O, Yeni Zelandiya və Tonqa arasında yerləşir. Məlumata görə, hazırda ada hələ kiçikdir, lakin böyüməyə davam edir. Belə ki, onun krateri təxminən üç kilometr yüksəkliyə lava, buxar və kül püskürür. Ada sentyabrın ortalarında başlayan Houm vulkanının püskürməsi nəticəsində yaranıb. Altı gündə adanın diametri 170…

Qalaktikamızdakı müəmmalı titrəyişlərin səbəbləri məlum oldu

Süd yolundakı müəmmalı pulsasiyaların səbəbləri məlum olub. İsveçin Lund Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi qrup “Gaia” kosmik teleskopunun məlumatlarından istifadə edərək Süd Yolunun xarici diskinin böyük hissələrinin titrədiyini sübut edib. Bu dalğalanmalar yüz milyonlarla il əvvəl qalaktikamızı silkələyən və hazırda Oxatan bürcündə görünən cırtdan qalaktikadan qaynaqlanır. Alimlərin sözlərinə görə, Süd Yolu 100-400 milyard ulduzdan ibarətdir. Onlardan…

Ermənilərin əl-qolu bağlandı – VİDEO

“Bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək”. Dövlət başçısının da vurğuladığı kimi biz öz torpaqlarımızda mübarizə aparırıq…

“Onun Qafqazdakı proseslərə zərbə vurmağa gücü yoxdur”

“Pelosinin hansısa bir səfərlə (Ermənistana – red.) Qafqazdakı proseslərə zərbə vurmağa gücü yoxdur”. Bunu Nyu-Yorkdan səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərini və onun həm Türkiyəni, həm də Azərbaycanı ittiham edən bəyanatlarını şərh edərkən bildirib. “İnanıram ki, o, çox yerləri narahat edib. Şişirtməyə ehtiyac yoxdur”, – deyə Türkiyənin dövlət baçşısı əlavə…

Ərdoğandan İlham Əliyev və Paşinyan açıqlaması – VİDEO

Türkiyənin “Haber Global” kanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərilə bağlı verdiyi şərhə diqqət çəkib. Bununla bağlı telekanalın efirində yayımlananın videomaterialda Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə danışdıqdan sonra məsələ ilə bağlı addımlar atılacağını bildirdiyi vurğulanıb. Həmçinin, Türkiyə Prezidentinin açıqlamalarına əsasən, qeyd olunub ki, dövlət başçısının Praqada keçirilən Avropa Siyasi…

ABŞ İranın əxlaq polisinə və Quru Qoşunları komandanına sanksiyalar tətbiq etdi

ABŞ ötən həftə saxlanıldıqdan sonra vəfat edən iranlı Məhsa Əmininin ölümü ilə əlaqədar İranın əxlaq polisinə sanksiya tətbiq edib. Bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd edilir ki, əxlaq polisinə qarşı sanksiyalar “İranlı qadınlara qarşı zorakılıq, habelə İranda dinc nümayişçilərin hüquqlarının pozulmasına görə” tətbiq edilib. “Əxlaq polisi hicabı düzgün geyinmədiyi…

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası işçi qrupu Ermənistanın hücumları ilə bağlı bəyanat yaydı

Böyük Britaniya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ermənistanın hücumları ilə bağlı bəyanat yayıb. APA-nın xəbərinə görə, işçi qrupunun sədri Bob Bləkmən tərəfindən verilən bəyanatda bildirilib ki, Ermənistan 13 sentyabr 2022-ci ildə Azərbaycanın suveren ərazisinə yeni qəddar hücumlar törədib. Qeyd edilib ki, heç bir səbəbi olmayan bu hücumlar günahsız mülkü şəxslərə, infrastruktura və Azərbaycan ordusuna qarşı yönəlib.…

Ukrayna İsraildən İranla bağlı kəşfiyyat məlumatlarını istəyib

Ukrayna kəşfiyyat məlumatlarının mübadiləsi və mövqelərin əlaqələndirilməsi üçün İsraillə dialoq kanalı yaratmaq istəyir. Bu məqsədllə ölkənin hərbi rəhbərliyi İsraildən İranın müharibədə Rusiya ordusuna verdiyi hər hansı dəstək haqqında kəşfiyyat məlumatlarını paylaşmasını xahiş edib. Məlumata görə, məsələ hələ bu ayın əvvəllərində Kiyevdə İsrailin Avropa və Asiya məsələləri üzrə nümayəndəsi Simona Halperin və İsrail səfiri Ukraynanın Yaxın…

Aİ Azərbaycanı Avropa Siyasi Birliyi liderlərinin toplantısına dəvət edib

Avropa İttifaqı (Aİ) liderlər zirvəsi öncəsi keçiriləcək Avropa Siyasi Birliyi liderlərinin toplantısında iştirak üçün Azərbaycana dəvət göndərib. Avropa Siyasi Birliyinin liderlərinin ilk görüşü oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada, Aİ liderlərinin sammitindən bir qədər əvvəl keçiriləcək. İclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub. Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Çexiyanın…

İranda etirazlar davam edir – VİDEO

İranda əxlaq polisində Məhsa Əmini adlı gənc qadının ölümündən sonra başlayan etirazlar davam edir. Ölkənin müxtəlif şəhərlərində hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışır. Məlumata görə, Tehran, Urmiya, Təbriz və ölkənin digər iri şəhərlərində əhali küçələrə axışaraq hakimiyyətə qarşı şüarlar səsləndirir. Qadınlar isə baş örtüklərini yandıraraq aksiyalara dəstək verirlər. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılır. Qeyd edək…