“Azərbaycan -Ukrayna” Beynəlxalq Alyansı Aşıq Şəmşir adına mükafat təsis edib.
Bu barədə Alyansın sədri Elmar Məmmədov məlumat verib.
E. Məmmədov bildirib ki, Aşıq Şəmşir Kəlbəcər rayonun Dəmirçidəm kəndində anadan olub və onun istedadı gənc vaxtlarından özünü biruzə verib:
” O, bütün həyatını poeziyaya həsr edib. Ümumilli liderimiz Heydər Əliyev aşıq Şəmşirin yaradıcılığını yüksək qiymətləndirirdi. Ulu öndər 2003- cü ilin iyul ayında Aşıq Şəmşirin -əməkdar incəsənət xadimi, Şərəf Ordeninin kavalerinin 110 illik yubileyini bütün ölkədə keçirtmək barədə qərar imzaladı. Prezidentimiz İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın qayğıkeş və müdrik politikasının sayəsində aşıq sənəti YUNESKO-nun mədəni irs siyahısına daxil olub. Bütün bunlar nəzərə alınaraq onun adına mükafat təsis olunub”.
Qeyd edək ki, Beynəlxalq Alyansın təltif etdiyi mükafat da incəsənət xadimlərinə təqdim olunmaq üçün planlaşdırılıb.








