Almaniyada çalışan azərbaycanlı həkimlərin forumu keçiriləcək

Almaniyanın Köln şəhərində bu ölkədə çalışan azərbaycanlı həkimlərin I forumu təşkil ediləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutacaq forumun əsas məqsədi Almaniyanın tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamlarını və gənc həkimləri bir araya gətirmək, elmi-praktiki mübadilənin aparılması, həkim soydaşlarımız arasında şəbəkələşmənin yaradılmasından ibarətdir. Forumda azərbaycanlı…

“Əminəm ki, Azərbaycanla münasibətlərimiz qarşıdakı illərdə də uğurla inkişaf edəcək”

“Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri qarşıdakı illərdə də uğurla inkişaf edəcək”. Bunu İran Prezidenti Seyid İbrahim Rəisi yanvarın 26-da ölkəsində rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. İran Prezidenti həmçinin xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla…

Azərbaycan Ombudsmanı ATƏT-in tədbirində Ermənistan nümayəndəsinin iddialarına tutarlı cavab verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Azərbaycanın sədrliyi ilə keçirilən Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda Ermənistan nümayəndə heyətinin üzvünün əsassız arqumentlərinə tutarlı cavab verib. Səbinə Əliyeva bütün beynəlxalq humanitar hüquq normaları və insan hüquqlarına zidd şəkildə Ermənistanın qəsdən qadağan olunmuş “SCUD”, “Smerç”, “İsgəndər-M” və digər ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə mülki…

Polşa Belarusla sərhəddə hasar çəkir

Polşa Belarusla sərhəddə hasar çəkməyə başlayıb. Bu barədə Polşa Sərhəd Mühafizəsi tviter səhifəsində məlumat yayıb. “Polşa-Belarus sərhədində hasarın tikintisinə başlanılıb. Bu gün Sərhəd Mühafizəsi tikinti sahələrini podratçılara təhvil verib”, – məlumatda deyilir. Hasarın uzunluğu 186 kilometr olacaq. Layihənin dəyəri 1,6 milyard zlotdur. Qeyd edək ki, 2021-ci ilin noyabrında minlərlə miqrant Polşa-Belarus sərhədində toplanıb. Onlardan bəziləri…

Rusiya Qara dənizdə hərbi təlim keçirir

Rusiya Hərbi Dəniz Donanmasının Sevastopol və Novorossiyskidə yerləşən 20-dən çox gəmisi, döyüş katerləri təlimdə iştirak etmək üçün Qara dənizə yan alıblar. Bu barədə Rusiya Qara dəniz Donanmasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yanvar-fevral aylarında Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Yevmenovun başçılığı ilə bütün bölgələrdə planlaşdırılmış silsilə təlim keçirilir. Təlimlər Rusiyaya yaxın…

“Azərbaycan -Ukrayna” Beynəlxalq Alyansı Aşıq Şəmşir adına mükafat təsis edib

“Azərbaycan -Ukrayna” Beynəlxalq Alyansı Aşıq Şəmşir adına mükafat təsis edib. Bu barədə  Alyansın sədri Elmar Məmmədov məlumat verib. E. Məmmədov bildirib ki, Aşıq Şəmşir Kəlbəcər rayonun Dəmirçidəm kəndində anadan olub və onun istedadı gənc vaxtlarından özünü biruzə verib: ” O, bütün həyatını poeziyaya həsr edib. Ümumilli liderimiz Heydər Əliyev aşıq Şəmşirin yaradıcılığını yüksək qiymətləndirirdi. Ulu…