2022-ci ilin noyabrına olan məlumata görə, Avropada Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra ölkədən qaçan ən azı 4,75 milyon Ukrayna vətəndaşı var.
Eyni zamanda, BMT-nin Qaçqınlar üzrə Agentliyinin hesabatına görə, yalnız rəsmi olaraq qaçqın kimi qeydiyyatdan keçmiş ukraynalılar nəzərə alındığından, rəqəm natamam ola bilər.
Belə ki, Avropa ölkələrinin dövlət qurumlarının noyabrın 22-nə olan hesabatlarına əsasən, 2022-ci ilin fevral-noyabr aylarında Avropa ölkələri Ukraynanın 4 milyon 751 min 65 vətəndaşına xüsusi qaçqın statusu verib.
Ukraynalıların əksəriyyəti Polşa, Çexiya və Almaniyada məskunlaşıb. Həmçinin, bir çox Ukrayna vətəndaşı İtaliya, İspaniya, Böyük Britaniya, Fransa və Avstriyada sığınacaq tapıb.







