Avropa İttifaqı Ukraynaya tədarük üçün Polşada qovşaq yaradır

Avropa İttifaqı Ukraynaya enerji avadanlıqlarının tədarükü üçün Polşada xüsusi qovşaq yaratmağa başlayıb. Bu barədə cümə günü, noyabrın 25-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen məlumat verib. O, izah edib ki, mərkəz üçüncü tərəflərdən, xüsusən də G7 ölkələrindən koordinasiyalı şəkildə yardım göndərilməsini və subsidiyaların yığılmasını təmin etmək üçün lazımdır. Fon der Leyen həmçinin bildirib ki,…

NATO Ukraynaya bu qışı keçirməyə kömək edəcək

“NATO Rusiyaya qarşı özünü müdafiə etmək üçün Ukraynaya nə qədər lazımdırsa, kömək edəcək”. Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq NATO xarici işlər nazirlərinin Buxarestdə keçirilən iclasından əvvəl keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, 30 ölkədən təhlükəsizlik təşkilatının üzvləri Ukraynaya yanacaq, generatorlar, dərman preparatları, qış avadanlıqları və dronlara qarşı qurğular tədarük edir. Stoltenberq…

NASA Ukraynanın kosmosdan fotosunu paylaşdı

ABŞ-nin kosmik agentliyi NASA Yerin gecə vaxtı çəkilmiş peyk fotosunu dərc edib. Bu fotoda Ukraynada ümumiyyətlə işığın olmadığı əks olunub. Noyabrın 24-də qeydə alınan görüntüdə Ukraynanın tam olaraq qaranlığa büründüyü, lakin digər ölkələrdə yanan parlaq işıqlarla əhatə olunduğu müşahidə olunur.  

Ukrayna nümayəndə heyəti ATƏT Parlament Assambleyasını boykot etdi

“Ukrayna nümayəndə heyəti ATƏT Parlament Assambleyasının (PA) tərkibində Rusiyanın təmsilçiliyi qaldığı müddətcə assambleyanın işini boykot edəcək”. Bunu Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada “Xalqın xidmətçisi” prezident fraksiyasından olan deputat Yevgeniya Kravçuk deyib. “Bu gün biz, Ukrayna nümayəndə heyəti ATƏT PA-nın işini boykot edirik. Bu beynəlxalq təşkilat rusiyalıların orada iştirakına münasibətini formalaşdırana qədər bu davam edəcək”,…

“Stalinin varisləri məğlub edilməlidirlər”

“Rusiya Qolodomordan 90 il sonra ukraynalılara qarşı yeni soyqırımı törədir”. Bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs “Twitter” hesabında paylaşım edib. O, Stalinin varislərini məğlub etməyə çağırıb. “Bu gün biz Qolodomor zamanı Stalin rejimi tərəfindən öldürülən milyonlarla ukraynalının xatirəsini ehtiramla yad edirik. 90 ildən sonra Rusiya yenidən ukraynalılara qarşı genişmiqyaslı soyqırımına başladı. Gələcəkdə belə faciələrin…

Prezident İlham Əliyevin oğlu ailə qurub

Azərbaycan Prezidenti İlham Əliyevin oğlu ailə qurub. Bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkədə paylaşım edib. Paylaşımda deyilir: “Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan sevgi və hörməti bir ömür boyu…

Prezident İlham Əliyev Azərbaycanda iki yeni medalın təsis olunmasını təsdiqləyib

Prezident İlham Əliyev “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna əsasən, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medalları təsis olunub. Dövlət başçısı, “Prokurorluq orqanlarında…