İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. -Sizi görməyə şadam. Azərbaycana gəldiyiniz üçün təşəkkür edirəm. Bu, bizim gündəliyimizdə duran mühüm məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Əlbəttə ki, ATƏT-in sədri olaraq sizinlə regionda postmünaqişə vəziyyətindən danışacağıq. Eyni zamanda, Polşa…







