Avqustun 3-də Ukrayna taxılını daşıyan gəmi Türkiyə sularına daxil olacaq

Ukraynadan taxıl daşıyan 16 quru yük gəmisindən ibarət ilk karvan avqustun 3-də Türkiyənin ərazi sularına çatacaq. Bu barədə “CNN Türk” məlumat yayıb. Karvan yola çıxdığı andan etibarən pilotsuz uçuş aparatları vasitəsilə müşayiət olunacaq. Bundan əlavə, İstanbul Birgə Koordinasiya Mərkəzinin nümayəndələri peyklərdən istifadə edərək taxıl daşıyan gəmilərin keçidinə nəzarət edəcəklər. Qeyd olunur ki, Ankaranın təşəbbüsü ilə…

Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutulub

İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində…

İsveçrə Çini hədələdi

İsveçrə Çini Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərdən daha sərt sanksiyalarla hədələyib. Ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi bunun Çinin Tayvana təcavüzü halında baş verəcəyini bildirib. Qeyd edək ki, hazırda Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri fonunda ada yaxınlığında hərbi təlimlər keçirir.

Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

Araşdırmaçı jurnalistlər Rusiya təyyarələrinin Sudanda qeyri-qanuni üsullarla hasil edilən qızılı gizli şəkildə, qaçaqmalçılıq yolu ilə ölkədən çıxardıqlarını müəyyən ediblər. Onların sözlərinə görə, əldə olunan gəlir Ukraynadakı müharibənin maliyyələşdirilməsinə sərf edilir. Qeyd olunur ki, Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra Rusiya yük təyyarəsi Sudanın paytaxtından qanunsuz olaraq bir tona yaxın qızıl çıxarıb. Qızıllar peçenye qutularında…

Amerikalı lotereyada 1,28 milyard dollar uddu

ABŞ-ın İllinoys ştatının sakini “Mega Millions” lotereyasında 1,28 milyard dollar udub. Qalibin adı məlum deyil. Belə ki, ştat qanunları 250 min dollardan çox pul qazanmış iştirakçılara adlarını və ünvanlarını gizli saxlamağa icazə verir. Qeyd olunur ki, bu, 1996-cı ildə lotereya yaradılandan bəri ikinci ən böyük uduşdur. Cekpotu qazanan amerikalı ya 29 il ərzində bütün məbləği…

Çin lideri “yeni dövrün ordusu”nu yaratmağı tapşırdı

Çin lideri Si Cinpin ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətinin gücləndirilməsi barədə göstəriş verib. Çin Xalq Respublikasının sədri “yeni dövrün” tələblərinə cavab verən kadrların hazırlanmasının zəruriliyinə diqqət çəkib. Dövlət başçısı keyfiyyətcə yeni kadrların hazırlanmasını qoşunların gücləndirilməsi üçün əsas amil adlandırıb və qeyd edib ki, milli təhlükəsizlik modelinin formalaşmasında Pekin dünya səhnəsində vəziyyətin qeyri-sabitliyini nəzərə almalıdır.

Nikolayevdə dəhşətli gecə

31 iyul gecə saatlarında Ukraynanın Nikolayev şəhəri Rusiya ordusu tərəfindən şiddətli atəşə tutulub. Bu barədə şəhərin meri Aleksandr Senkeviç bildirib. “Bu gün Nikolayev şiddətli atəşə məruz qalıb. Yəqin ki, bütün müharibə ərzində ən şiddətli atəş olub”, – deyə o bildirib.

Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının qərargahını vurdu

Ukrayna ordusu Rusiyanın Qara dəniz Donanmasının Sevastopolda yerləşən qərargahına zərbə endirib. Zərbə nəticəsində beş nəfər xəsarət alıb. Rusiya tərəfi zərbənin pilotsuz uçuş aparatı ilə endirildiyini bildirib. Donanma qərargahına endirilmiş zərbə ilə əlaqədar Rusiyanın Hərbi Dəniz Donanması Günü münasibətilə tədbirlər təxirə salınıb. Qeyd edək ki, Rusiyada hər il iyul ayının sonuncu bazar günü Hərbi Dəniz Donanması…