Baydenlə Putin arasında sərt danışıqlar

ABŞ prezidenti Bayden və Rusiya prezidenti Putin arasında növbəti söhbət telefonla baş tutub. Ağ Evdən verilən açıqlamada görüşün Rusiya prezidentinin təklifi ilə baş tutduğu, habelə Baydenin ABŞ-Rusiya münasibətləri baxımından liderlər səviyyəsində birbaşa ünsiyyətin düzgün olduğuna inandığı üçün razılaşdığı bildirilib. Ağ Ev həmçinin qeyd edib ki, dekabrın 30-da baş tutan söhbət 10 yanvarda keçiriləcək ABŞ-Rusiya danışıqlarının…

Putinin blef etdiyini üzə çıxarmağın vaxtıdır

NATO-nun keçmiş baş katibi alyansı Rusiyaya təhlükəsizlik zəmanəti verməməyə çağırdı NATO Rusiya prezidenti Vladimir Putinin Ukraynanı müdaxilə ilə hədələməklə öz təhlükəsizlik tələblərinə nail olmaq cəhdlərinə boyun əyməməlidir. Əks halda Kreml öz məqsədinə – alyansın dağılmasına bir addım da yaxınlaşacaq. Bu sətirlər NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin ABŞ-ın “Politico” nəşri üçün yazdığı məqalədəndir. Danimarkalı siyasətçi NATO müttəfiqlərini…

Çində səfərbərlik elan edilib

Çin Xalq Respublikasının Sədri Si Cinpin silahlı qüvvələrin təlimləri üçün səfərbərlik elan edib. Çin silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın da sədri olan Si Cinpinin səfərbərlik haqqındakı sərəncamı Çin ordusunda 2022-ci il üçün təlimlərin başlanğıcı hesab edilir. Təlimlər Çin Kommunist Partiyası və Mərkəzi Hərbi Şuranın təlimat və tapşırıqlarına uyğun təşkil olunur. Sərəncamda…

Baş verənlərin pərdəarxası…

Qazaxıstanda nələr baş verir? Maye qazın qiymət artımı ilə başlanan etirazın siyasi mərhələyə keçməsi və xaosun ayaqlanması bu sualın cavabının sadəcə sosial məsələdən ibarət olmadığını asanlıqla deməyə əsas verir. – Hökumət əhalinin qiymət artımı ilə tələbini yerinə yetirdi; – Prezident hökuməti istefaya göndərməklə, siyasi güzəşt də etmiş oldu; Etirazçılar istəyinə nail oldu, lakin proseslər səngimək…

Türkiyə Qazaxıstandakı etirazlara bağlı bəyanat yaydı

Tükiyə Xarici İşlər Nazirliyi Qazaxıstanın bir sıra şəhərlərində genişmiqyaslı etirazlara dair bəyanat yayıb. Sənəd Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. “2-3 yanvar 2022-ci il tarixlərində Qazaxıstanda başlayan və bu səhər hökumətin istefası ilə başa çatan etiraz aksiyalarını yaxından izləyirik. Biz dost ölkə Qazaxıstanın sabitliyinə, qardaş qazax xalqının sülh, əmin-amanlığına önəm veririk. Qazaxıstan administrasiyasının bu böhrandan çıxacağına…

Çin dünya taxılının yarısını alıb: Qiymətlər kəskin arta, hətta aclıq ola bilər

Çin dünya taxılının yarısını alıb. USDA-nın (ABŞ-ın federal icra hakimiyyəti orqanı) məlumatına görə, Çin hökuməti dünyadakı qarğıdalı və digər taxılların yarıdan çoxunu alıb. Çinin 2022-ci il məhsul ilinin birinci yarısında dünya qarğıdalı ehtiyatlarının 69 faizinə, düyü ehtiyatlarının 60 faizinə və dünya buğda ehtiyatlarının 51 faizinə sahib olacağı gözlənilir. Bu o deməkdir ki, dünya əhalisinin 20…

Zəngəzurda normal yol çəkilməsə, İran maşınları azərbaycanlıların nəzarət etdiyi yoldan keçəcək

“Qafanda konsulluq açmaq ilk növbədə siyasi əhəmiyyətə malikdir və bu, birbaşa olaraq o barədə danışır ki, İran üçün regionun, xüsusilə də Zəngəzurun vəziyyəti vacib hesab olunur”. Bunu Tehranda nəşr olunan “Araks” həftəlik qəzetinin redaktoru Movses Keşişyan deyib. Onun sözlərinə görə, siyasi məsələlər bir müddət öz təsirini göstərə bilər, məsələn, indiyədək Ermənistana türk mallarının idxalı qadağan…

Səfir Fransanın Aİ-yə sədrliyi dövründə Azərbaycanla bağlı prioritetlərini açıqlayıb

“Mən azərbaycanlıları və Azərbaycandakı fransızları yeni 2022-ci il münasibəti ilə təbrik edirəm və bunu nikbinliklə edirəm, çünki inanıram ki, bu il həqiqətən də, Azərbaycan və Fransa arasında münasibətlər üçün yaxşı il olacaqdır”. Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib. O, diplomatik nümayəndəliyin rəsmi saytında dərc olunan Yeni il təbrikində vurğulayıb ki, Azərbaycan 2022-ci ilə 2021-ci…

Qazaxıstandakı azərbaycanlıların NƏZƏRİNƏ

Qazaxıstanda etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması ilə bağlı səfirliyə heç bir müraciət daxil olmayıb. Bu məlumatı Azərbaycanın Qazaxıstandakı səfirliyi yayıb. Diplomatik nümayəndəliyin məlumatında qeyd olunur ki, Qazaxıstanın üç şəhərində – Almatı, Aktau, Aktobedə vəziyyət hələ də gərgindir. Paytaxt Nur-Sultanda isə etiraz və mitinqlər yoxdur, vəziyyət sabitdir. Səfirlik Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına insanların sıx toplaşdığı…