Bu barədə şirkətin mətbaut xidməti məlumat yayıb.
Şirkət rəsmiləri bildirib ki, texnologiyanın əsasında “düzgün imkanlara malik PUA-ları müvafiq tapşırıqlar toplusuna” təyin edən proqram təminatı dayanır. Daha sonra PUA-lar tapşırığı yerinə yetirmək üçün “ən səmərəli” yollardan istifadə edirlər.
“Məsələn, əgər vəzifə binanı izləməkdirsə, binanın hər bir hissəsinə çoxlu PUA göndəriləcək. Proqram hər bir platformanın sensor imkanlarını nəzərə alır və binanı izləmək üçün PUA-lara tapşırıqlar verir”, – deyə şirkət rəsmiləri qeyd edib.
Ənənəvi kamera görüntülərinə əlavə olaraq, sistem nitqə əsaslanan virtual reallıq interfeysindən istifadə edir, bu da operatora tez hərəkət etməyə imkan verir.
Sürü hazır kommersiya modellərinin və xüsusi hazırlanmış aparat və proqram təminatının birləşməsindən ibarətdir.







