Səyyar ASAN xidmət ilk dəfə Türkiyədə vətəndaşlarımıza xidmət göstərəcək

2022-ci ilin 30 avqust – 4 sentyabr tarixlərində Türkiyə Respublikasının Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan Azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstəriləcək. Ölkə xaricində ilk dəfə gerçəkləşəcək Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin təşkilatçılığı, Diasporla…

Ukrayna Silahlı Qüvvələri bir zərbə ilə 11 işğalçını məhv edib: anlar videoya çəkilib

Ukrayna müdafiəçiləri rus işğalçılarını tapıb məhv etməyə davam edirlər. Avqustun 24-də Ukrayna Silahlı Qüvvələri bir atəşlə 11 işğalçını bir anda məhv etdi. “PLATFORM4.NEWS” xəbər verir ki, atışma anı “Üçüncü Qüvvələrin” yaydığı videoya düşüb. “Biz düşmənimizin harada olduğunu bilirik. Onun nə etdiyini və nəyi planlaşdırdığını bilirik. Biz onları harada olur-olsun,  tapıb və acımadan  məhv edəcəyik”, –…

Qələbə resepti – Səfir Vladislav Kanevski

“Avqustun 24-də Ukrayna müharibə vəziyyəti şəraitində öz 31-ci Ad gününü qeyd edəcək. Bu gün həmvətənlərim üçün necə olacaq? Onların bir çoxu silahdaşları ilə birlikdə əllərində silahla dövlətin suverenliyini və ərazi bütövlüyünü rusiya işğalından müdafiə edəcəklər. Onlardan bəziləri fədakarlıqla şəhər və qəsəbələrin həyat fəaliyyətini təmin edəcək, rusiyanın iyrənc və ədəbsiz şəkildə atəşi nəticəsində dağılmış infrastrukturu bərpa…

UKRAYNADA HƏBS EDİLƏN QAZİMİZƏ AZƏRBAYCANDAN HÜQUQİ DƏSTƏK

Məlum olduğu kimi Ukraynada həbsdə olan Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə video- müraciət etmişdi. Videomüraciətdə M.Qasımlı ölkə başçısından və ictimaiyyətdən ona dəstək göstərilməsini xahiş edirdi. “Mən Prezidentdən xahiş edirəm ki, bu işi nəzarətə götürsünlər. Mənə kömək etsinlər. Burada mənə qarşı haqsızlıq, ədalətsizlik edilir. Prokuror deyir ki, Qarabağda…

Kiyevin mərkəzində məhv edilmiş Rusiya texnikasının “paradı” keçirilib – FOTO/VİDEO

Kiyevdə məhv edilmiş Rusiya hərbi texnikasının “paradı” başlayıb. Rusiya işğalçı qüvvələrinin məhv edilmiş avtomobilləri, zirehli texnikası və digər silahları şəhərin mərkəzi küçəsi Xreşatikdə yerləşdirilib. Bu barədə Kiyevdə yaşayan həmyerlimiz, PLATFORM4.NEWS saytının təsisçisi Qulu İbrahimov bildirib. Kiyevlilər və paytaxtın qonaqları Ukraynanın şəhər və kəndlərini yerlə-yeksan etmiş, işğalçı Rusiyanın məhv edilmiş hərbi texnikalarını  öz gözləri ilə görə…

“Laçın bütünlükdə Azərbaycanın nəzarətinə keçir”

“Laçın şəhəri yaxın günlərdə bütünlükdə Azərbaycanın nəzarətinə keçəcək. Ermənilər qanunsuz məskunlaşdıqları ərazini avqustun sonunda tərk edəcəklər”. Bununla bağlı “Haber Global” hazırladığı materialda qeyd olunur. “Azərbaycanın Qarabağdakı qələbəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya 2020-ci il noyabrın 10-da bəyanat imzalayıblar. Bəyanatda bildirilir ki, həm Rusiya sülhməramlıları, həm də ermənilər Laçın dəhlizini tərk etməlidir. 1992-ci ildə işğaldan sonra…

Yeni partiya təsis edildi – Akif Nağı sədr oldu

Qarabağ Azadlıq Təşkilatı (QAT) bu gün VI (yenidən təşkil) qurultayı keçirib. Bakı şəhəri Badamdar qəsəbəsinin Mədəniyyət Evində keçirilən qurultayda QAT-ın bazasında Azad Vətən Partiyası təsis edilib. Qurultayda məruzə ilə çıxış edən QAT sədri Akif Nağı bildirib ki, adla bağlı uzun müddət müzakirələr aparıldıqdan sonra “Azad Vətən Partiyası” üzərində dayanıblar. Qurultayda Akif Nağı səsvermə yolu ilə…

Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi

Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib. Leninski Rayon Məhkəməsindən bildirilib ki, o, “Ekstremist fəaliyyətlə mübarizə haqqında” Federal Qanunun 1-ci maddəsinin 1-ci bəndini pozub. Dicey Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi ilə (Nasist atributlarının və ya simvollarının, yaxud ekstremist təşkilatların atributlarının və ya simvollarının nümayişi) təqsirli…

Laçından çıxan ermənilər qəbirləri dağıdırlar – VİDEO

32 il öncə Azərbaycan torpağında qanunsuz məskunlaşan ermənilər artıq yaşayış yerlərini tərk etməyə başlayıblar. Namərdliyi ilə ad çıxaranlar gedərkən sığındıqları evlərini yandırır, bəziləri meşələrə od vuraraq ekoloji terror törətməklə vəhşiliklərini bir daha sübut edirlər. Laçından çıxarılan ermənilər bu dəfə də yaxınlarının qəbirlərini dağıdır, başdaşlarını sökürlər. Bəhs etdiyimiz görüntülər sosial şəbəkələrdə yayımlanıb. Kadrlardan da göründüyü kimi,…

Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi

Londonda radikal dindarların Azərbaycan səfirliyinə məlum hücumundan sonra Böyük Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirilib. Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovnik-leytenantı Əli Abdullayev bildirib. Onun sözlərinə görə, hadisə baş verən gündən Britaniyanın Azərbaycandakı səfirliyinin qorunması üçün əlavə qüvvələr cəlb olunub…