QHT-lər BMT-nin Ali Komissarlığının Şuşadakı aksiya ilə bağlı məlumatına dair bəyanat yayıblar

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası ilə bağlı 27 dekabr tarixində yaydığı məlumata dair vətəndaş cəmiyyəti nümayəndələri bəyanat yayıblar. Bəyanatda deyilir: “Biz, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora qarşı…

Yeni il gecəsi Bakı metrosunda iş vaxtı artırılacaq

Bakı Metropoliteni bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək və qurumun iş vaxtı 1 saat uzadılacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O bildirib ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə günün tələbinə uyğun müvafiq dəyişikliklər ediləcək: “Dekabr ayının sonu…

İlham Əliyev “ASAN Xidmət”in bir qrup əməkdaşını təltif edib

Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşını təltif edib. Dövlət xidmətlərinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilib: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Mehdiyev Ülvi Ramiz oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Azadəliyev Elvin Sərvər oğlu Bayramov Səbuhi Mikayıl oğlu Əkbərov Adil Sədrəddin oğlu Hüseynov Elvin…

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 61 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə…

Həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar SMS aldılar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycanda 2023-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıları Silahlı Qüvvələr üzrə xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıb. Bu barədə  Dövlət Xidmətindən məlumat verilib. Bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri qoşun növünü və hərbi hissəni SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə…

Ukrayna müharibəsində ölən və itkin düşən azərbaycanlıların sayı məlum oldu

Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibədə ümumilikdə 25 azərbaycanlı həlak olub, 52 nəfər isə itkin düşmüş sayılır. Bu il fevralın 24-dən indiyə qədər həlak olmuş kimi qeyd olunan mülki azərbaycanlıların əksəriyyəti uzun illərdir Ukraynada yaşayan şəxslərdir. İtkin düşənlərin isə bir çoxu Ukraynanın Mariupol şəhərinə təsadüf edir. Belə ki, mart və aprel aylarında şəhərə Rusiya tərəfindən ağır…

Azərbaycandakı dini konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik etdilər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri ölkə Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Zati-alinizi ad gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizə, beynəlxalq müstəvidə böyük dəyər kəsb edən səylərinizə Uca Yaradandan uğurlar diləyirik. Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. Sizin Azərbaycan xalqına…