Şuşada rus ekspertlərin iştirakı ilə dəyirmi masa keçirildi
Şuşada Rusiyanın tanınmış ekspert və elm adamlarının iştirakı ilə “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Prezident Administrasiyasının təmsilçiləri və Milli Məclisin deputatları da iştirak ediblər. Əvvəlcə qonaqlar Qarabağın “hava qapısı” adlandırılan Füzulidə yeni istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Burada qonaqlara məlumat verilib ki, bu hava limanı…










