Ermənilərdən azad olunan yüksəkliklərin adları açıqlandı

“Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb”. Bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb. “Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür”, – nazirlik vurğulayıb.

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Diaspor Gənclərinin III Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 50 ölkəni təmsil edən 115 gəncin iştirak etdiyi Diaspor Gənclərinin III Yay Düşərgəsini açıq elan edən…

Yay Düşərgəsi azərbaycanlı gənclərin Vətənə bağlılığını artırmaq məqsədi daşıyır

Üçüncü dəfədir keçirilən Yay Düşərgəsi xaricdə yaşayan azərbaycanlı gənclərin Vətənə bağlılığını artırmaq məqsədi daşıyır. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli söyləyib. Aparat rəhbəri bildirib ki, Diaspor Gənclərinin l Yay Düşərgəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Şəkidə baş tutub. Yay Düşərgəsində dünyanın 37 ölkəsindən 150-dən çox gənc – ABŞ-da,…

Daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradıldı

Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftə ərzində şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilib. Agentlik tərəfindən bu kateqoriyadan…

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı məlum olub. Son yeddi ay ərzində oğlan uşaqlarına qoyulan adlar arasında ilk pillədə Uğur adıdır. Bu ad yanvar, fevral, mart, aprel, may, iyun və iyul ayları ərzində 1037 uşağa qoyulub. Bundan əlavə, bu il ərzində yeni doğulmuş 1009 uşağa Əli, 922 uşağa Yusif, 918 uşağa…

Müdafiə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ

Müdafiə Nazirliyi son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülərin yeni məlumat kimi paylaşılması ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir: “Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə,…

Vətən Müharibəsi şəhidi Azər Mikayılovun doğum günüdür

Bu gün Rəşadətli Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Vətən Müharibəsi şəhidi, mayor Azər Əmrah oğlu Mikayılovun doğum günüdür. Rezonans.az xəbər verir ki, Azər Əmrah oğlu Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində ziyalı ailədə anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən…

Azərbaycan Ordusunun mövqeləri üç istiqamətdə atəşə tutulub

İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində…

Deputat qazinin toyunda iştirak etdi – Foto

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və qazilərə göstərdiyi xüsusi diqqət və qayğısı ilə həyata keçirilən dövlət siyasətinə  uyğun olaraq, Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən şəhid ailələri və qazilərə xüsusi diqqət yetirilir, onların müraciətlərinə həssas və operativ yanaşılır.  “Qafqazinfo” xəbər verir ki, ötən gün deputat Anar Məmmədov Goranboy rayonunda Vətən…