Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İkinci Dünya Müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

2021-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı

2021-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb. Statistika Komitəsi  xəbər verir ki, ötən il 974,5 min nəfər xaricə səfər edib. Bu, 2020-ci illə müqayisədə 16,3 faiz azdır. Əsasən qonşu İrana (80,6 faiz) və Gürcüstana (75,3 faiz) gedənlərinsayında azalma qeydə alınıb. Türkiyəyə gedənlərin sayı isə 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8 faiz artıb. Ölkə vətəndaşlarının 47,3 faizi…

Xarkov şəhərində 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan mədəni-təhsil mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə mərkəzin müəllim-şagird heyəti, valideynlər, Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad…

Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası üzrə…

“Azərbaycan-Ermənistan sərhəddinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır. Bu prosesdə rəsmi Bakı və İrəvana konsultativ yardım göstərməyə hazırıq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib. O deyib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq…

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv olunur

Azərbaycanla Serbiya arasında viza tələbi aradan qaldırır. Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb. Qeyd edək ki, sənəd bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin toplantısında müzakirə edilərək plenar iclasa tövsiyə…

“20 Yanvar faciəsindən Zəfərə dogru” mövzusunda anım tədbiri təşkil edilib

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə “20 Yanvar faciəsindən Zəfərə Dogru” mövzusunda anım tədbiri keçirilib. Onlayn formatda baş tutan tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Milli Məclisin təmsilçiləri, elm xadimləri, TADEF-in üzvü olan 22 dərnəyin, yerli ictimaiyyətin və medianın nümayəndələri iştirak ediblər. Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin, eləcə…

Prezident 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib – Video

Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Watch this video on YouTube

“Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib

Platform4.news xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) 20 Yanvar – Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə əlaqədar “Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib. DİDK rəhbərliyinin moderatorluğu ilə aparılan konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, 20 Yanvar faciəsinin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik…