Prezident Ağalıda KOBİA-nın layihələri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirəcək xidmət pəncərəsi də fəaliyyət göstərəcək. Burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər göstəriləcək. Bu, KOBİA-nın işğaldan azad edilmiş…










