Kiyevdə sərt karantin
Noyabrın 1-dən Ukraynanın paytaxtı Kiyevdə sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb. Kiyevdə koronavirusdan sutkalıq ölüm halları 30-50 nəfər arasında dəyişir. Ona görə də Kiyev noyabrın 1-dən COVID-19-un yayılmasının qarşısının alınması üçün “qırmızı zona” elan edilib. Gücləndirilmiş karantin rejiminə əsasən COVID-19-a qarşı vaksin sənədi olmayanlar ticarət-əyləncə mərkəzlərinə, restoranlara, idman, fitnes zallarına və digər kütləvi qapalı obyektlərə buraxılmayacaq.…










