“Nar” Hadrut və Cəbrayılda baza stansiyalarını işə salıb

Bütün Azərbaycan ərazisində şəbəkəsinin əhatə dairəsini daim genişləndirən “Nar” şirkəti işğaldan azad edilmiş bölgələri də öz şəbəkəsi ilə təmin etməkdədir. Şirkətdən  verilən məlumata görə, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Cəbrayıl rayonunda 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsi…

Rusiya və Türkiyə vətəndaşları hava yolu ilə Azərbaycana səfər edə biləcəklər

Epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın  qərarında deyilir: “Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə görülmüş tədbirlərdən biri xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisinə…

BQF Koordinasiya Şurasının iclası keçirilib

Beynəlxalq Qarabağ Forumu (BQF) Koordinasiya Şurasının onlayn formatda iclası keçirilib. İclasa Forumun İsveçdən olan Koordinatoru, regional parlamentin deputatı İradə Əliyeva-Söderberq moderatorluq edib. Əvvəlcə təşkilati məsələlərə baxılıb, Ankara Onkoloji xəstəxanasının həkimi, tibb elmləri doktoru, professor Necati Alkış Foruma üzv seçilib. Həmçinin müxtəlif ölkələrdə Forumun təmsilçiliyin təkmilləşdirilməsi və genişləndirilməsi, yerli qurumlarla əlaqələrin səmərəliliyin artırılması, tədbirlərin keyfiyyətinin yüksəldilməsi…

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tanıtım tədbiri keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tanıtım tədbiri keçirilib. Rezonans.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Qalib Nəbiyev qonaqları salamlayaraq mərkəzdə tədris olunan turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisasları ilə bağlı informasiya vermişdir. Tədbirdə rayon təhsil şöbəsinin, işəgötürən müəssisələrin, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin KOB dostu departamentinin Şəki…

“AİP” Ermənistanı beynəlxalq humanitar hüquqlara riayət etməyə çağırır

 “Analitik və İnformasiya Platforması” ictimayi təşkilatı olaraq, Ermənistanı beynəlxalq hüquqla müəyyən olunmuş öhdəlikləri, humanitar normaları və prinsipləri  yerinə yetirməyə cağırırıq. Bunu  PLATFORM4.NEWS  saytına  “AİP”-n  sədri   Qulu  İbrahimov  bildirib.   2021-ci il iyunun 4-ü, saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad olunmuş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu …

Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edildi

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında gürcü dilində “Azərbaycanın mehriban siması” adlı kitab çap olunub. “Report”un yerli bürosu xəbər verir ki, ötən il Tbilisidə işıq üzü görən nəşrin Gürcüstan Yazıçılar Evində təqdimat mərasimi keçirilib. Müəllifi siyasi elmlər doktoru, professor Vaqif Abdullayev olan kitabı gürcü dilinə Gürcüstanın Dövlət mükafatı laureatı, “Şərəf” ordenli yazıçı-dramaturq…

Azərbaycan və Ukrayna arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq müzakirə edilib

Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə səfər edib. Səfər çərçivəsində Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Vladislava Maqaletskayanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Qonaqları salamlayan Vladislava Maqaletskaya bildirib ki, Ukrayna Azərbaycan ilə qida təhlükəsizliyi…

İlham Əliyev: Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq

“Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik. Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində – 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq…

Pandemiya dövründə metrodan istifadə qaydaları

Pandemiya dövründə metrodan istifadə qaydaları Tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir; Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər cərimlənəcəklər; Yüksək hərarəti olanlar metroya buraxılmayacaqlar; Metroda fəaliyyət göstərən apteklərdə tibbi maska satılacaq; 31 may saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma bərpa olunur. Metro şənbə və bazar günləri işləməyəcək.

Xarkovda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş abidənin təqdimatı keçirilib

Xarkov şəhərində abadlaşdırılan “Filosoflar meydanı”nda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş abidə-kompozisiyanın təqdimatı keçirilib. PLATFORM4.NEWS  AZƏRTAC – a istinadən xəbər verir ki, abidə Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov tərəfindən hazırlanıb. Qazaxıstanın Xarkovdakı fəxri konsulu, azərbaycanlı Emin Nəcəflinin maliyyə dəstəyi ilə gerçəkləşən kompozisiya azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadəyə,…