Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 720 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 10 396 037, birinci…

İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb. Dövlət başçısı rusiyalı həmkarına Azərbaycan xalqı və öz adından Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənindəki qəza nəticəsində ölənlərlə bağlı başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

Ukrayna və Azərbaycan mediası əməkdaşlığa başladı – Video

Kiyevdə “Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında medianın rolu” adlı beynəlxalq dəyirmi masa keçirilib. Dəyirmi masada bildirilib ki, iki ölkə arasında medianın sıx əlaqələr qurmasına tələbat gündən-günə artır. Halbuki, Ukrayna və Azərbaycan ictimaiyyəti bir-birləri haqqında informasiyaları üçüncü ölkə vasitəsi ilə əldə edir. Buna görə də birgə əməkdaşlıq ölkələrdə baş verən hadisələr barədə daha dolğun məlumatların oxuculara çatdırılmasını üçün…

Yaşayış minimumu 200 manat olacaq

Milli Məclis “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib. Layihə müzakirəsiz qəbul edilib.

Bəzi rüsum və cərimələr arta-arta gedir

“Bu gün Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də rüsum və cərimələrlə bağlıdır. Bəzi rüsum və cərimələr arta-arta gedir”. Bunu Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib. Deputat xatırladıb ki, bundan əvvəl parlament Ehtiyac meyarı, Yaşayış minimumu haqqında qanunları qəbul edib: “Həmin qanunlara baxaq görək insanlar bu cərimələri verə…

“Azərkosmos” Suqovuşanın peykdən çəkilmiş fotosunu paylaşdı

İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin gedişatı “Azersky” peykinin təsvirləri vasitəsilə davamlı olaraq monitorinq edilir. Bu barədə “Azərkosmos” ASC-dən məlumat verilib. Qurumun açıqlamasında deyilir ki, buraya Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları da daxildir.

Soyadın və adın dəyişdirilməsinə görə dövlət rüsumu dəyişir

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün tətbiq edilən dövlət rüsumu dəyişir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, dövlət rüsumu 10 manatdan 15 manata qaldırılır. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul…

Mehriban Əliyeva şəhid olan hərbçilərimizin yaxınlarına başsağlığı verdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Ermənistanın törətdiyi təxribatla bağlı paylaşım edib. Paylaşımda deyilir: “Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun!”

Vaksin vurdurmayanlar üçün lokdaun qüvvəyə minir

Noyabrın 15-dən etibarən Avstriyada koronavirusa qarşı peyvənd olunmamış şəxslər üçün lokdaun qüvvəyə minəcək. Ölkədə koronavirusa yoluxmanın sürətlə artımının qarşısını almaq üçün hökumət sərt tədbirlərə əl atmalı olub. Mətbuatdə dərc olunan layihəyə əsasən, bütün ölkə üzrə koronavirusun ilk dalğasında olduğu kimi lokdaun tətbiq olunacaq. Peyvənd olunmuş və xəstəlikdən sağalmış şəxslər, eləcə də 12 yaşına çatmamış uşaqlara…

“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat tədbiri keçirilib

14 noyabr 2021-ci il tarixdə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin Nizami Gəncəvi ilinə həsr olunmuş hesabat tədbiri keçirilib. Rezonans.az-ın məlumatına görə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin giriş hissəsində təşkilatın təsisçisi və sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski ictimai birliyin əsas fəaliyyət istiqamətlərindən, məqsədlərindən bəhs edib. E.Talışınski rəhbərlik…