Mehriban Əliyevanın göstərişi ilə göndərilən humanitar yardım Türkiyəyə çatdı

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib. Bu barədə  Heydər Əliyev Fondundan məlumat verilib. Bildirilib ki, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı…

YAP Mərkəzi Aparatı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərib

Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb. Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdi, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün…

“Zəlzələ bölgəsindən 395 nəfər Azərbaycana yola salınıb, onlardan 183-ü ölkəyə çatıb”

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. 8 fevral 2023-cü il tarixlərində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb.…

İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti təyyarə Türkiyəyə yola salındı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb. Bu barədə FHN məlumat yayıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar,…

Azərbaycanın Ombudsmanı Quranın yandırılması ilə bağlı isveçli həmkarına məktub ünvanlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveçin Bərabərlik üzrə Ombudsmanı Lars Arrheniusa Stokholmda Türkiyə səfirliyi qarşısında müqəddəs Quranın yandırılması hadisəsi ilə bağlı məktub ünvanlayıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, S.Əliyeva Avropa ölkələrində İslamofobiyanın yayılmasından narahatlıq duyduğunu ifadə edərək, törədilən əməlin müsəlmanların dini-etiqad azadlığını pozduğunu, həmçinin Avropada ayrı-seçkilik, dözümsüzlük və…

“Ermənistanın işğalçılıq siyasəti və tarixi-mədəni irsə davranışı qeyri-insanidir”

“Mədəni mirası məhv etmək, başqa ölkənin torpaqlarını qəsb etmək qeyri-insani münasibətdir”. Bunu  Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib. O, Ermənistanın Qarabağ və Şərqi Zəngəzurdakı füsunkar təbiətə, coğrafiyaya və tarixi-mədəni abidələrə zərər verməsini işğalçı dövlətin məğlubiyyəti kimi qiymətləndirib. Baş katib vurğulayıb ki, ermənilərin mədəni mirasa bu cür davranışı başqa xalqın mədəniyyətinə hörmətsizlikdir:…

“20 yanvar şəhidləri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Diplomat bununla bağlı özünün sosial şəbəkədəki hesabından paylaşım edib. “Bu gün 20 yanvar hadisələrində şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edirəm. Onlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”, – deyə diplomat bildirib.    

“Bələdiyyə sədrləri özlərini ağa kimi aparırlar”

“Bələdiyyə sədrləri özlərini ağa kimi aparır, vətəndaşa, sahibkara dəstək vermirlər”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. Onun sözlərinə görə, bələdiyyələrlə bağlı onlara çoxsaylı müraciətlər var: “Bələdiyyə sədrləri qanunvericiliyi bilmirlər. Torpağın icarə haqqını 10 qat artırırlar. İcarədarlar da şikayət edirlər”. Deputat bildirib ki, bələdiyyə sədrləri vətəndaşdan nəsə umur: “Belə olanda bələdiyyələrin işi…