Xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olub

“Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, YAŞAT Fondu yaradılıb”. Bunu Prezident İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında bildirib. “Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm YAŞAT Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə…

Azərbaycanın peykdən yayımlanan bütün telekanalları HD formatına keçir

Yanvarın 28-dən “AzərSpace” peyki üzərindən ümumölkə və peyk televiziya kanallarının yayımının SD formatdan HD formata keçirilməsi nəzərdə tutulur. Bu barədə  Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. Şura peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edərək bildirib ki, bu məqsədlə aşağıdakı texniki parametrlərdən istifadə olunacaq: Frequency: 11175 Symbol Rate: 30000 Polarization: Horizontal FEC: 3 / 4.

Tağıyev haqda 8 seriyalı film 2023-cü ildə hazır olacaq

Neft maqnatı, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqqında serialın hazırlıq mərhələsi davam edir. Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd olunub ki, 8 seriyadan ibarət olan film Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunur. “Film ortaq layihədir – Bakı Media Mərkəzi də daxil olmaqla bir neçə istehsalçısı var. Bildiyiniz kimi, 2023-cü ildə…

24 yanvar tarixindən etibarən Bakı – Şuşa istiqamətində avtobus marşrutları istifadəyə verilir

Şuşaya avtobusla gediş haqqı – 10 manat 40 qəpik Bakıdan Ağdama bir istiqamət üzrə bilet isə 9 manat 40 qəpik olacaq. Əhmədbəyli-Şuşa 7, Bərdə-Ağdam 5, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa istiqaməti üzrə bilet 6 manatdır. Tariflər bir istiqamət üzrə müəyyənləşib. Səhər 6.30-da avtobuslar Bakıdan çıxacaq. Həmin məntəqədən geri dönüş 2 saat yarım sonra olacaq. Vətəndaşlara ildə…

Dünyanı cənginə alan “omicron”dan necə qorunaq?

Yeni növ koronavirus (COVID-19) infeksiyası daim mutasiyaya məruz qalır və nəticədə yeni ştamlar yaranır. Onların arasında insanlar üçün təhlükəli olanlara Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ad verilir. COVID-19-un son aylarda prioritetə çevrilən ştamı isə “omicron”dur. “Omicron” ştamı qeydə alındıqdan sonra dünyada koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə edilir. Mütəxəssislərin fikrincə, bu, həmin mutant variantın yüksək yoluxduruculuq…

Xaricdə yaşayan həmvətənlərimizin dəstəyi ilə şəhid ailəsi evlə təmin olunub

“Şuşa ili” üçün töhfə olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilati və maddi dəstəyi ilə Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına Ağcabədi rayonunun Minəxorlu kəndində Vətən Müharibəsi şəhidinin ailəsi üçün fərdi yaşayış evinin tikintisi başa çatıb və Ağcəbədi rayonunda şəhid Atayev Tariyel Fəxrəddin oğlunun ailəsi üçün tikilən mənzilin açarları ailəyə…

Ermənistanı tərk edənlər Rusiya vətəndaşlığı alırlar

Ötən il Rusiya Federasiyasının vətəndaşlığını alanlar daha çox Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistandan olan şəxslərdi. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. “2021-ci ilin 11 ayı ərzində 667 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilib. 2020-ci ilin eyni dövründə isə təxminən 563 min nəfər Rusiya vətəndaşlığına qəbul…

İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü vurğulandı. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması, dövlət qayğısı ilə əhatə olunması, onlar üçün dövlət səviyyəsində…

Prezidentin bu sahədəki fəaliyyəti Ermənistanın və erməni lobbisinin səylərini dağıtdı

“Böyük zəfər, Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olub”. Platform4.news  1news.az-a istinadən bildirir ki,  Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlamasında deyə bildirib. “44 günlük savaş, ondan sonrakı mərhələdə Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb sualları peşəkar formada cavablandırması ölkə Başçısının yüksək məntiqi,…