“AŞPA-da azərbaycanlı şəhid jurnalistlərlə bağlı müzakirə…”

Azərbaycanda hər kəs qanuni şəkildə informasiya axtarmaq, almaq, hazırlamaq və yaymaq hüququna malikdir. Ölkə əhalisinin 80%-i tərəfindən sərbəst şəkildə internetdən istifadə olunur. Bu fikirləri AŞPA-nın Yay Sessiyası üzrə videokonfrans formatında baş tutan toplantıda millət vəkili Könül Nurullayeva deyib. Deputat sessiyada “Media azadlığı, ictimai inam və insanların bilmək hüququ” mövzusu ətrafında fikir mübadiləsi aparıb. Sessiyada media…

“Vaxtında operativ addımlar atıldı, nəticə göz qarşısındadır” – Millət vəkili

Pandemiya dövründə ayrı-ayrı dövlətlərin daha böyük uğurlara imza atdığı bəllidir. Bu dövlətlər sırasında Azərbaycan xüsusi yer tutur. Dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında həm milli, həm də regional səviyyədə pandemiyaya qarşı mübarizə prosesinə ciddi töhfələr verib. Elə bunun nəticəsidir ki, ölkəmizdə koronavirusa yoluxma faizi kəskin aşağı düşüb, eyni zamanda hər gün ölkədə 30-35 min insan…

“Qafqazda savaşlar və köçlər” mövzusunda Beynəlxalq Konfrans keçirildi

Türkiyə Ərzurum Atatürk Universitetinin və Beynəlxalq Qarabağ Forumunun təşəbbüsü ilə onlayn formatda “Qafqazda savaşlar və köçlər. 1855-1920-ci illər” mövzusunda elmi konfrans-simpozium keçirildi. Tədbiri giriş sözü ilə Ərzurum Atatürk Universitetinin professoru, tarix elmləri doktoru Gürsoy Solmaz açdı, konfrans iştirakçılarını salamladı, şəhidlərin xatirəsi yad olundu. O, sonra konfransın məqsəd və məramlarına dair iştirakçıları məlumatlandırdı, və ilk sözü əfsanəvi…

Odessanın mərkəzində Azərbaycan Evi açılıb

Odessa şəhərində Azərbaycan diasporunun “Birlik” ofisi – Azərbaycan evinin açılışı olub. Açılışda  Diasporla İş üzrə Dövlət Komitəsi, Odessa meriyası, Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsi təmsil olunub. “Birlik” təşkilatı İdarə Heyətinin sədri Rövşən Quliyev qonaqları salamlayaraq, Azərbaycan evinin açılmasının diasporun təşkilatlanması yolunda atılmış mühüm addım olduğunu diqqətə çatdırıb. Diasporla İş üzrə Dövlət…

İranda Əliyevlə Ərdoğana da səs verildi

İrandakı prezident seçkilərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da səs verilib. Seçicilər bülletenlərin üzərinə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın adlarını yazıblar. Qeyd edək ki, 18 iyunda İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi 17,8 milyon səslə qalib gəlib.

Baş nazirdən Füzuli, Laçın və Zəngilanda hava limanlarının tikintisi ilə bağlı QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara dəyişikliklə Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı təsdiq edilib.…

“Ekoloji Təmiz Məhsul Istehsalçıları və Ixtiraçıları” Ictimai Birliyinin ümumi yığıncağı keçirilib

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncaqda sədr Emin Əliyevin iki illik fəaliyyət hesabatının qiymətləndirilməsi, yeni idarə heyəti və Nəzarət Təftiş Komissiyasının tərkibinin seçilməsi, cari mövzuların müzakirə edilməsi planlaşdırılmışdı. Ümumi Yığıncağın yekununda ölkə başçısı cənab İlham Əliyevə müraciətin ünvanlanması da nəzərdə tutulurdu. Rezonans.az xəbər verir ki, ilk olaraq sədr Emin…

Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib

Avropa məkanında yerli özünüidarə orqanlarına məsul nüfuzlu qurum olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 40-cı sessiyası çərçivəsində iyunun 17-də Yerli Özünüidarəetmə üzrə Avropa Xartiyasının tətbiqi ilə bağlı Azərbaycan üzrə monitorinq hesabatının müzakirəsinə dair videokonfrans formatında dinləmə keçirilib.   Platform4.news Rezonans.az – a istinadən xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov…

15 iyun Milli Qurtuluş Günü münasibətilə Tovuzda bayram tədbiri keçirilib

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə növbəti bayram tədbiri Tovuz şəhərində keçirilib. Rezonans.az xəbər verir ki, öncə Heydər Əliyev adına istirahət parkında Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbirdə bir sıra səlahiyyətli şəxslər, ziyalılar, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib. Bayram münasibəti ilə…

İlham Əliyev Daşaltıda inşa olunacaq tunelin təməlini qoydu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Dövlətimizin başçısına tunelin texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, burada ümumilikdə iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev…