Ramiz Mehdiyev istefa verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.Bu barədə APA-ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib. M. Mərdanov deyib ki, R. Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb. “Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib”. Bu barədə APA-ya AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev…

Prezident sülh müqaviləsinin şərtlərini açıqladı – VİDEO

“Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır”.Bunu Prezident İlham Əliyev fevralın 13-də Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra çıxışında deyib. “Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən…

Zakir Həsənov da işdən çıxarılır

Azərbaycan hakimiyyəti daha bir dəyişikliyə hazırlaşır. Yaxın günlərdə müdafiə naziri Zakir Həsənov da işdən çıxarılacaq. Xəbərlərə görə, Həsənov böyük ehtimalla əvvəlki iş yerinə təyinat alacaq. Belə ki, o, Daxili Qoşunların komandanı postunu tutacaq. Həmin xəbərlərdə bu işdən çıxarma olayının dünən DTX tərəfindən keçirilən əməliyyatla heç bir bağlılığının olmadığı vurğulanır. Bildirilir ki, belə bir qərar xeyli…

Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər. Səfər çərçivəsində dövlət başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının  təməlini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının…

Səhiyyə sistemi ilə bağlı yenilik

“Səhiyyə Nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq. Hər kəs müraciət edərək səhiyyə, tibblə bağlı istənilən sorğusunu verərək probleminin həllinə, cavablandırılmasına nail olacaq”. Bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, nazirliyin veb saytından da müraciətlər qəbul olunacaq və cavablandırılacaq. Həmçinin kağız daşıyıcılar üzərindən müraciətlər…

Rafael Ağayev RƏİS TƏYİN EDİLDİ

Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib. 37 yaşlı idmançı “Azerterminalkompleks” Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib. Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Təcrübəli karateçiyə mayor rütbəsi…

Hərbçilərin pensiyası təkrar hesablanacaq

Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının hansı qaydada yenidən hesablanacağı müəyyənləşib. Təminat xərcliyinə vəzifə və rütbə maaşı, vəzifə maaşından hesablanan əlavələr, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyası daxildir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarına əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən…

“Yoluxmanın yayılmasına səbəb Omikrondur”

“Son günlər ölkədə koronavirusa yoluxma kəskin artır. Bunun əsas səbəbi “Omikron” ştamıdır. Çünki yeni ştam daha yoluxdurucudur”. Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, hazırda ölkədə koronavirusla bağlı vəziyyət idarəolunan və nəzarət altındadır: “Xəstəxanaya çatdırılma və müalicə ilə bağlı heç bir problem yoxdur. “Omikron”la bərabar hələ “Delta” variantı da gündəmdir. Reanimasiyaya…

Daxili işlər nazirindən yeni təyinat

Daxili işlər orqanında kadr dəyişikliyi olub. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Vəfalı Həsənalıyev Ağdaş Rayon Polis Şöbəsinə rəis təyin edilib. O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Qeyd edək ki, əvvəlki rəis Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik…

“Azərbaycanda yeni müəssisə yaradılacaq”

“Azərbaycanda “Bayraktar TB2” dronlarının və pilotsuz uçuş aparatlarının istismarından, onlara texniki xidmətdən başqa bu qurğuların istehsalı üçün lazım olacaq yüksək texnologiyanı inkişaf etdimək, süni intellektin tətbiqini genişləndirmək məqsədi ilə müəssisə qurmağı hədəfləyirik”. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib. S.Bayraktar bu işdə Azərbaycanda iki dövlət qurumu ilə əməkdaşlıq etdiklərini də açıqlayıb:…