Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Prezident, Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyevin çıxışın təqdim edirik: – Əziz hərbçilər, sizi, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. İlk növbədə,…

Azərbaycanda Zəfər Günü qeyd olunur

Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl…

Şuşa, sən qayıtdın! Şuşa, sən azadsan! – VİDEO

Bu gün – noyabrın 8-i Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Ukraynada  fəaliyyət göstərən “Analitik və İnformasiya Platforması” …

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Daşaltı məscidinin təməlini qoyublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada Daşaltı məscidinin təməlini qoyublar. Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mənəvi abidələrimiz bərpa olunur və yeniləri tikilir. Zəfər Günü ərəfəsində belə bir addımı atmaqla Prezident İlham Əliyev dünyaya növbəti mesajı verir: Biz nəinki torpaqlarımızı abadlaşdırır, keçmiş məcburi köçkünlərimizi geri qaytarmaq…

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. Prezident İlham Əliyev Zəfər yolu lövhəsinin üzərindən ağ örtüyü götürdü. Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin,…

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfərə gəliblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməllərini qoyublar. Dövlətimizin başçısı İlham Əliyev və…

Türkiyə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrliyə başladı

Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 4 noyabr tarixində İstanbulda keçirilən IV İclasında Şuraya müddətli sədrlik Azərbaycandan Türkiyəyə keçib. Türk Akademiyasının prezidenti Darxan Kıdırali Azərbaycanın sədrliyi dövründə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bir çox tədbirlərin fasiləsiz və uğurla həyata keçirildiyini bildirib və səmərəli əməkdaşlığa görə Azərbaycanın təhsil naziri Emin Əmrullayevə təşəkkürünü çatdırıb. Akademiya rəhbəri Türkiyə tərəfinin sədrliyi…

Əli Musa: “Bütün dünya üçün nümunəvi və Zəfər tariximizin Lideri”

Nə az, nə çox 30 illik bir tarix ərzində erməni separatizminin qurbanı olaraq öz doğma ata-baba yurdundan pərən-pərən düşən vətəndaşlarımız xüsusən, bütün vəhşiliklərin qurbanı olan 1(bir) milyondan çox məcburi köçkünlərimiz üçün dünyada misli görünməmiş qədər ağrı-acılı günlər yaşatdı. Bir sözlə mənfur düşmənin insanlıq əleyhinə olan xain və nankor əməlləri hər bir Azərbaycanlının taleyində mənəvi və…

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib. Görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulandı. Pandemiyaya baxmayaraq, Bakıda yenidən təşkil olunan bu tədbirdə xeyli sayda nüfuzlu qonaqların iştirak etməsi Foruma və ölkəmizə olan marağın təzahürü kimi qiymətləndirildi. Söhbət zamanı tədbir iştirakçıları…