Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
“Xarici diplomların tanınması qaydalarına dəyişiklərlə bağlı layihə hökumətə təqdim edilib”. Bunu “Media və təhsil dialoqu” təlimində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə diplomların tanınması başqa formata keçəcək: “Yeni layihədə qismən tanınma anlayışı olacaq. Yəni məsələn, tələbə Rusiyada təhsil alıb. Onun təhsil aldığı fakültədə norma 240 kreditdir,…










