Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib – VİDEO

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il hazırlıq planına uyğun olaraq noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Mərasimlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət…

Zəfər Günü ərəfəsində türkiyəli qazilər Bakıya səfər edib

Türkiyə Respublikasında fəaliyyət göstərən hərbiyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı şanlı Zəfərin ildönümü ərəfəsində keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana səfər ediblər. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və…

Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara müraciət edib

Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynadakı mövcud durumla bağlı vətəndaşlara müraciət edib. PLATFORM4.NEWS xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat paylaşılıb. “Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 saylı 18 oktyabr 2022-ci il tarixli Qərarı ilə əlaqədar səfirliyin konsulluq şöbəsinin iş qrafikində keçici dəyişiklik edilmişdir. Konsulluq qəbulu 6,…

Doqquz kəndin işğaldan azad edilməsindən iki il keçir

Azərbaycan ordusunun bir neçə kəndi işğaldan azad etməsindən iki il keçir. 2020-ci ilin oktyabrın 30-da Cəbrayılın Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri işğaldan azad edilib. Eyni gündə Zəngilanın Aladin, Vejnəli, Qubadlının Kavdadıq, Məmər və Mollalı kəndləri işğaldan təmizlənib. Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qvvələrin Ali Baş Komandanı İlham Əliyev “tweet” ataraq xalqa çatdırıb.  

“Qarabağ” ordenli şəhid, mayor Azər Mikayılovun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon təşkilatının və Gəncə regional mədəniyyət idarəsinin Kəlbəcər rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qarabağ” ordenli şəhid, mayor Azər Mikayılovun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Rezonans.az xəbər verir ki, mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə…

Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib

Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı önündə Ermənistanın müharibə cinayətlərinə birdəfəlik son qoyulması tələbi ilə dinc aksiya keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın hərbi cinayətlərinə, o cümlədən  Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığa, iki il öncə Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər,…

Cəbrayılda Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – VİDEO

Oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə,…