BMT rəsmisi Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva xalqımızı Ramazan bayramı münasibəti ilə təbrik edib. Bu barədə o, “Twitter” hesabında paylaşım edib. “BMT nümayəndəliyi adından Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Qoy bu gün sizə sülh, xoşbəxtlik və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!” – Vladanka Andreyeva qeyd edib.  

Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib. Bu barədə o, rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər…

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb

Bakıda Ramazan bayramı münasibətilə namaz qılınıb. Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb. Qeyd edək ki, Təzəpir məscidində isə bayram namazı saat 09:00-da qılınacaq. Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə…

“Aram Nikolyan ən sərt şəkildə cəzalandırılsın” – İHİMM-nən SƏRT REAKSİYA

14 aprel 2023-cü il tarixdə İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Rezonans.az xəbər verir ki, “İnsan Hüquqları İnkişafı və Maarifləndirmə Mərkəzi” İctimai Birliyi bu barədə məlumat yayıb. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təxribatı kimi ölkəmizə qarşı nifrət hissi olaraq, dövlət bayrağımıza qarşı bu xoşagəlməz cinayəti kəskin şəkildə pisləyərək etiraz edirik. Ermənistan…

Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aprelin 11-də Xəzər rayonunda iftar süfrəsi açılıb. Tədbirdə Qurandan ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar edilib, Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb. Vətən müharibəsi şəhidi Ramin Yusifzadənin anası Reyhan Yusifova, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit…

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb

“Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası – ümumi dəyəri 360 min ABŞ dolları olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir”. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb. “Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən…

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Əziz bacılar və qardaşlar! Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy…