NATO zabitləri Azərbaycanda təlim keçir

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda təlim kursu keçirilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Kursda dinləyicilərə NATO-nun əldə düzəldilmiş partlayıcı qurğulara qarşı…

Ünvanlı sosial yardımın məbləği ARTIRILDI

Digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosil yardımlarının məbləğində də artım tempi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac…

Son sutkada koronavirusa yoluxanların sayında artım var

Azərbaycanda bu gün koronavirus infeksiyasına 7 704 yeni yoluxma faktı qeydə alınıb, 4 109 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, son sutkada 23 nəfər COVID-19-dan dünyasını dəyişib. Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 691 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan…

Sülhməramlılar erməni separatçıları ilə bağlı zəmanət verdi

“Bir müddət əvvəl Kəlbəcərə gedən Azərbaycan avtomobilləri Rusiyanın ərazidə xidmət aparan sülhməramlıları tərəfindən yoxlanılarkən rusların yanında erməni separatçısı da olub”. Bu barədə keçmiş döyüşçü, jurnalist Rey Kərimoğlu özünün feysbuk hesabında məlumat verib. “Hamı kimi məni də bu hal çox narahat etdi. Hərbi mənbələrdən əldə etdiyim məlumata görə, artıq bu barədə bizimkilər Rusiyanın ərazidəki sülhməramlılarının rəhbərliyinə…

Ukraynada Azərbaycanlı ilk səfirin adı əbədiləşdirildi

Ukraynada Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin bərpasının 30 illiyi münasibətilə bu ölkədə ilk səfirimiz, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminlinin adına böyük auditoriyanın və barelyefin açılışı olub. Auditoriyada Azərbaycan atributları ilə yanaşı, Çəmənzəminliyə aid tarixi eksponatlar da yerləşdirilib. Qeyd edək ki, Çəmənzəminli özü bu universitetin məzunu olub. Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ədibin nəvəsi, Azərbaycan…

Qarabağı qazlaşdırmaq üçün əlavə qaza ehtiyacımız olacaq

Əhalinin sayının artması ilə əlaqədar bizim daxili tələbatımız da artır. Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda, sənaye artır. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb. Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışında bildirib. Azərbaycanın…

Xarkovda Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsi anılıb

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukraynanın Xarkov şəhərində Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin şəhid olmasının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə öncə Milli Qəhrəmanın vaxtilə yaşadığı binaya həkk olunmuş xatirə lövhəsinin önünə Viktor Seryoginin ailə üzvləri, Xarkov Şəhər Şurasının və Azərbaycan…

İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edib

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib. Prezident İlham Əliyev Forumda giriş nitqi söyləyib. Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə sizi və bütün Azərbaycan gənclərini ürəkdən təbrik etmək istəyirəm. İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin…

Təsis edildiyi gündən yüzdən çox layihə icra etmiş şirkət öz adını dəyişdirdi

“Agriculture Management and İnvestment Company” MMC 2016-cı ildə təsis edilmişdir. Aqrar layihələrin idarə edilməsi sahəsində fəaliyyət göstərməyə başlayan Şirkət daha sonra öz imkanlarını genişləndirərək bir çox başqa sahələrdə də layihələr icra etməyə başlamışdır. Həm yerli, həm də beynəlxalq tərəfdaşları ilə birlikdə yüzdən çox layihə icra edərək təhvil vermişdir. Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Həvva Yaqublunun…

Rəşid Mahmudov “Buster” dozadan danışdı

Xəbər verdiyimiz kimi fevralın 15-dən 3-cü doza (“buster” doza) koronavirus vaksini vurdurmayan şəxslərə bir çox qadağalar tətbiq ediləcək. Artıq 3-cü doza vaksinasiyanın məcburiyyət halına gəlməsi bəzi insanları narahat edir və onlarda müəyyən suallar yaradır. Mövzu ilə bağlı Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov bildirib ki, son zamanlar koronavirusun təsiri zəifləyib və ağır xəstəlikləri…