15 iyun Azərbaycan xalqının milli qurtuluş günüdür

Azərbaycan xalqının milli qurtuluş günü — Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir.  1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə…

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Ağstafada geniş bayram konserti keçirilib

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Ağstafada ümumrayon tədbiri, geniş bayram konserti keçirilib. Rezonans.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Bayram münasibəti ilə Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi və Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə açıq…

Mina xəritələrinin verilməsi Prezident İlham Əliyevin qətiyyətli iradəsinin məntiqi nəticəsi və daha bir parlaq diplomatik qələbəsidir

Ermənilər tərəfindən basdırılmış çoxsaylı minalar yüz minlərlə məcburi köçkünün işğaldan azad olunmuş rayonlara qaytarılmasına ciddi maneə yaradır. Müharibə dayanandan sonra Ermənistanın mina xəritələrini verməməsi səbəbindən yeddi ayda 100-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın mina xəritələrini verməyə məcbur etmək üçün apardığı məqsədyönlü və prinsipial siyasət öz məntiqi nəticəsini verməkdədir.…

Rusiyalı analitik: “Ermənistanın gələcəyi sual altında olacaq”

“İndi Azərbaycan və Ermənistan üçün vacib olan yeni səhifə açmaqdır. Yəqin ki, bunu indi etmək İrəvan üçün daha çətindir”. Bunu Rusiya Beynəlxalq İşlər Şurasının baş direktoru, politoloq Andrey Kortunov deyib. “Ermənistanın gələcəyi sual altında olacaq” Rusiyalı politoloqun sözlərinə görə, Ermənistandakı revanşist əhval-ruhiyyə bu ölkənin gələcəyini sual altına qoyur: “Ermənistan üçün yeni səhifədən başlamaq daha çətindir.…

Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Rusiya Federasiyası İctimai Palatasının üzvü Albir həzrət Krqanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. İcazə verin, milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan təbrik edim. Bu gün…

Media terroruna dünya niyə susur

Platform4.news  diaspor.info saytına istinadən xəbər verir ki, bu gün “Dünyada biz” verilişində “Media terroruna dünya niyə susur?” mövzusu müzakirə olunub. Verilişin qonaqları Diaspor Təşkilatlarının Monitorinq Mərkəzinin sədri Əlmaniz Ələkbərli və İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov. Verilişi izləmək üçün – VİDEO 

Vətən müharibəsi iştirakçısı jurnalist Toğrul Həsənov: “Vətəni qorumaq mənim üçün böyük şərəfdir!” (MÜSAHİBƏ)

Rezonans.az “Vətən müharibəsi qəhrəmanlarını tanıyaq!” silsiləsini davam etdirir. Bu gün ki, müsahibimiz ötən ilin 44 günlük Vətən müharibəsində könüllü olaraq fədakarlıq göstərən əsgərlərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin məzunu, Rezonans.az informasiya portalının Baş redaktor müavini, jurnalist Toğrul Həsənovdur. – Salam Toğrul! Aldığımız məlumata əsasən ötən ilin Vətən müharibəsində iştirak edən oğullarımızdan biri də sənsən.…

Mehriban Əliyeva Ramiz Əzizbəylinin dəfn mərasiminə əklil göndərib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin dəfn mərasiminə əklil göndərib. Platform4.news “Report”a istinadən xəbər verir ki, əklil mərhumun “Qurd qapısı” qəbiristanlığında məzarı üzərinə qoyulub. Qeyd edək ki, R.Əzizbəyli iyunun 9-da 73 yaşında koronavirusdan dünyasını dəyişib.

Bu qadağalar LƏĞV EDİLİR

Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklər edilib. Nazirlər Kabinetinin 167 №-li Qərarı: Dəyişikliklərə əsasən: 1) Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək. Bunndan əvvəl Azərbaycan Respublikasından yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR…

Qəbələ rayon Ağsaqqallar Şurasının hesabat-seçki iclası keçirilib

Bu gün Qəbələ rayon Ağsaqqallar Şurasının hesabat-seçki iclası keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər. Platform4.news  Rezonans.az-a istinadən xəbər verir ki, Qəbələ “Qafqaz Sport” hoteldə  keçirilən tədbiri  giriş sözü ilə Qəbələ Rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında…