Avropa İttifaqı liderləri Türkiyə prezidentinə başsağlığı məktubu ünvanlayıblar

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Türkiyədə baş verən dağıdıcı zəlzələlərlə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıblar. Bundan əlavə, bu gün Brüsseldə keçirilən Avropa İttifaqı Liderlər Zirvəsi bir dəqiqəlik sükutla başlayıb. Türkiyə prezidentinə ünvanlanan məktubda qeyd olunub ki, Avropa İttifaqının aidiyyəti strukturları zəlzələdən sonra göndərilən yardımların tez bir zamanda Türkiyəyə çatması üçün əllərindən gələni…

“Silah tədarükü ilə bağlı müsbət qərarlar var”

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Qərb qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı artıq müəyyən müsbət qərarlar var, lakin Rusiyanın bunlardan xəbəri olmamalıdır. O, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında danışıb. “Pərdə arxasında qırıcılarla bağlı müəyyən müsbət qərarlar alınıb”, – deyə…

Mehriban Əliyevanın göstərişi ilə göndərilən humanitar yardım Türkiyəyə çatdı

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib. Bu barədə  Heydər Əliyev Fondundan məlumat verilib. Bildirilib ki, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı…

YAP Mərkəzi Aparatı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərib

Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb. Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdi, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün…

“Zəlzələ bölgəsindən 395 nəfər Azərbaycana yola salınıb, onlardan 183-ü ölkəyə çatıb”

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. 8 fevral 2023-cü il tarixlərində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb.…

Kiyevdə soydaşlarımız Türkiyə səfirliyinə başsağlığı verib

Kiyev şəhərində yaşayan Azərbaycan icması  Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı qardaş xalqa başsağlığı verib. Ukrayna azərbaycanlılarının bir qrup fəalı Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin Ukraynadakı  səfirliyini ziyarət edib. Ziyarət zamanı Kiyev  şəhərində  yaşayan azərbaycanlıların adından səfirliyin binasının önünə  gül dəstələri qoyulub, həlak olanların xatirəsi ehtiramla yad edilib, yaralıların…