Xarkov şəhərində 20 Yanvar faciəsi ilə bağlı anım tədbirləri keçirilib
Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan mədəni-təhsil mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə mərkəzin müəllim-şagird heyəti, valideynlər, Azərbaycandan gələn qonaqlar iştirak ediblər. Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad…






