Rusiyalı analitik: “Ermənistanın gələcəyi sual altında olacaq”

“İndi Azərbaycan və Ermənistan üçün vacib olan yeni səhifə açmaqdır. Yəqin ki, bunu indi etmək İrəvan üçün daha çətindir”. Bunu Rusiya Beynəlxalq İşlər Şurasının baş direktoru, politoloq Andrey Kortunov deyib. “Ermənistanın gələcəyi sual altında olacaq” Rusiyalı politoloqun sözlərinə görə, Ermənistandakı revanşist əhval-ruhiyyə bu ölkənin gələcəyini sual altına qoyur: “Ermənistan üçün yeni səhifədən başlamaq daha çətindir.…

ATƏT PA-nın Büro iclasında Kəlbəcərdə həlak olan jurnalistlər barədə məlumat verilib

İyunun 10-da ATƏT Parlament Assambleyası (ATƏT PA) Bürosunun onlayn iclası olub. İclas çərçivəsində gələn ay ATƏT PA-nın illik sessiyasının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Milli Məclisin mətbuat və ictimaiyyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, ATƏT PA-nın prezidenti Lord Piter Bouness Büro iclasını açaraq sözü qurumun Baş katibi Roberto Montellaya verib. R.Montella ATƏT PA-nın Siyasi məsələlər…

Ərdoğan: İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik

“Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, İ.Əliyevlə Şuşada böyük miqyaslı müqavilə imazalanacaq: “Bu, Türkiyə ilə Azərbaycan arasında ən böyük müqavilələrdən biri olacaq”.

Nazir: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması imkanı yaranıb”

2021-ci ilin 11 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun ölkəmizə yeni təyin edilmiş qeyri-rezident səfiri Perişa Kastratoviçi qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən xəbərə görə, nazir Ceyhun Bayramov Perişa Kastratoviçi salamlayıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Ceyhun Bayramov Azərbaycan və Monteneqro arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətləri məmnunluqla qeyd…

Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Rusiya Federasiyası İctimai Palatasının üzvü Albir həzrət Krqanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. İcazə verin, milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan təbrik edim. Bu gün…

XİN: AİHM-in Ermənistanın 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayırıq

Azərbaycan Hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayır. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfindən Məhkəmə Reqlamentinin 39-cu Qaydasına istinad edilərək saxlanılan şəxslərin sərbəst buraxılması üçün iki dəfə cəhd göstərilib, hər…