Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışına gəlib.
Bugün ölkəmiz üçün tarixi bir gündür. Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli rayonunda yeni tikilən Beynəlxalq Hava Limanının açılışında iştirak edirlər.
Səfər çərçivəsində Türkiyə Prezidenti Vətən müharibəsi nəticəsində azad edilmiş Füzuli rayonunda inşası qısa müddət ərzində başa çatmış beynəlxalq hava limanının açılışında, avtomobil yolunun və Zəngilanda Türkiyənin də töhfəsi ilə tikiləcək “ağıllı aqropark”ın təməlqoyma mərasimində iştirak edəcək.
Səfər çərçivəsində keçirilən görüşlər zamanı Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı addımlar müzakirə olunacaq. Səfər zamanı, həmçinin ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi də nəzərdə tutulur.
Qeyd edək ki, Hava Limanının əsası 14 yanvar tarixində Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuşdur.


















