“Türkiyə uğurlu texnoloji təşəbbüslərin bəhrəsini görür”

“Türkiyə son 20 ildə genişmiqyaslı texnoloji təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş dövlət siyasətinin bəhrəsini görür”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə istehsalı olan ilk Yerin zondlama peykinin – İMECE-nin orbitə buraxılması mərasiminin iştirakçılarına videomüraciətində deyib. O, “kosmik iqtisadiyyat”ın miqyasına diqqət çəkib: “2009-cu ildə 245 milyard dollardan söhbət gedirdisə, 2021-ci ildə bu rəqəm 469 milyard dollara çatıb. Özü…

Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür

Beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür. Bu barədə Türkiyə Prezident Administrasiyasından (PA) bildirilib. Administrasiyadan o da bildirilib ki, bu kimi hallar yolverilməzdir. “Azərbaycan bayrağının yandırılmasını qınayırıq, bayraq yandırmaq eyni zamanda açıq nifrət təzahürüdür və inkişaf etməmiş toplumlara xasdır” – deyə PA-dan bildiriblər. Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır…

“Türkiyə yumşaq və sərt gücdən balanslı istifadə etməklə böyük siyasi aktor olub”

“Türkiyənin artıq həm sərt, həm də yumşaq gücü var. Biz bu güclərimizdən balanslı, yerli-yerində istifadə etməklə böyük siyasi aktor olmuşuq”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada vətəndaşlarla görüşündə deyib. O bildirib ki, Türkiyə təsir gücünü daha da genişləndirməyə, şanlı türk bayrağını dünyanın ən yüksək zirvələrində dalğalandırmağa davam edəcək. Çavuşoğlunun sözlərinə görə, Türkiyə bütün…

“Aram Nikolyan ən sərt şəkildə cəzalandırılsın” – İHİMM-nən SƏRT REAKSİYA

14 aprel 2023-cü il tarixdə İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Rezonans.az xəbər verir ki, “İnsan Hüquqları İnkişafı və Maarifləndirmə Mərkəzi” İctimai Birliyi bu barədə məlumat yayıb. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təxribatı kimi ölkəmizə qarşı nifrət hissi olaraq, dövlət bayrağımıza qarşı bu xoşagəlməz cinayəti kəskin şəkildə pisləyərək etiraz edirik. Ermənistan…