Brüsseldə üçtərəfli görüşün əsas mövzusu
Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirdiyi üçtərəfli görüş başa çatıb. Caliber.Az Brüssel görüşündə müzakirə edilən əsas məqamlar barədə bir sıra məlumatlar əldə edib. Məlumata görə, Brüsseldə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi,…










