ABŞ Çinin hava şarını vurub

ABŞ hava məkanına daxil olan Çin hava şarını vurub. Hazırda vurulan şarın tullantıların sudan çıxarılması üzrə əməliyyat aparılır. Hadisənin digər təfərrüatları hələ açıqlanmır. Xatırladaq ki, bir müddət əvvəl Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ səlahiyyətliləri ölkənin kontinental hissəsində kəşfiyyat şarını qeydə alıblar.

ABŞ Ukraynaya 2,2 milyard dollarlıq hərbi yardım edəcək

Amerika Birləşmiş Ştatları rəsmi olaraq Ukraynaya daha bir böyük hərbi yardım paketi ayırır. Məlumata görə, 2,2 milyard dollarlıq yeni paketə tank əleyhinə “Javelin” raketləri, artilleriya sursatları, HIMARS üçün adi və uzaqmənzilli raketlər daxildir. Beləliklə, müharibənin başlanmasından bəri ABŞ-nin Ukraynaya hərbi yardımı 29,3 milyard dollara çatıb. Bildirilir ki, hərbi yardım paketinə daxil edilən uzaqmənzilli GLSDB raketləri…

Ukrayna Krımda GLSDB raketlərindən istifadə edə biləcək

“Ukrayna rusiyalı hərbçiləri öz ərazilərindən çıxarmaq üçün verilən silahlardan necə istifadə edəcəyinə müstəqil qərar verə bilər”. Bu barədə Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder mətbuat konfransı zamanı bildirib. “Ukrayna Krımdakı Rusiya hədəflərinə zərbələr endirmək məqsədilə HIMARS qurğuları üçün GLSDB uzaqmənzilli mərmilərdən istifadə edə bilərmi?”, – deyə jurnalistlərdən biri sual verib. Rayder bu sualdan yayınsa da,…

Medvedev Kiyevə xəbərdarlıq etdi

“Ukrayna Krıma zərbələr endirəcəyi təqdirdə danışıqlar olmayacaq, ancaq Kiyevin nəzarətində olan bütün ərazilərə qisas zərbələri endiriləcək”. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalist Nadana Fridrixsona yazılı müsahibəsində bildirib. Müsahibə jurnalistin “Telegram” kanalında dərc olunub. Medvedev Ukraynanın Krıma zərbələr endirməklə Rusiyanı danışıqlara məcbur edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb. “Bu halda hər hansı…

“ABŞ Türkiyəyə F-16 satmaqdan imtina etsə, uduzan tərəf olacaq”

ABŞ Türkiyəyə F-16 qırıcıları satmaqdan imtina edərsə, uduzan tərəf olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın cümə axşamı bildirib ki, Ankaranın müdafiə sənayesi də daxil olmaqla, alternativləri var. O, bir qrup amerikalı senatorun ABŞ prezidenti Co Baydenə Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük ərizəsini təsdiqləyənə qədər Türkiyəyə qırıcı təyyarələrin satışını təxirə salmaq tələbini…

Avstriya dörd rusiyalı diplomatı “persona non-qrata” elan etdi

Avstriya dörd rusiyalı diplomatı “persona non-qrata” elan edib. Bu barədə Avstriya Xarici İşlər Nazirliyinin mətbuat xidməti “Twitter” səhifəsində məlumat verib. Nazirliyin məlumatına görə, Rusiya səfirliyinin iki diplomatı öz statuslarına uyğun gəlməyən hərəkətlərə yol verib. “Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşları arasında iki diplomat Baş Qərargah Sazişinə zidd hərəkətlər edib”, – deyə məlumatda qeyd edilib. Onlardan Avstriya ərazisini…

Estoniyada Zelenskinin “Azadlıq” heykəli qoyuldu

Estoniyanın Tırva şəhərində Ukrayna Prezidenti Volodimir Zelenskinin qumdan hazırlanmış nəhəng heykəli qoyulub. Bu barədə Estoniyanın Baş naziri Kaya Kallas “Instagram” səhifəsində məlumat verib. Onun sözlərinə görə, heykəl Azadlıq Parkında yerləşir. Kaya Kallas qeyd edib ki, şəhər sakinləri parkı ötən ilin iyununda açıblar və söz veriblər ki, Ukrayna müharibədə qalib gələnə qədər heykəl orada qalacaq. “Estoniyalıların…

“Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik”

“İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir”. Bu barədə Azərbaycan Prezidenti İlham…

Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk Avropa İttifaqı ölkəsidir

Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Bunu Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında söyləyib. “Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla…