“Sanksiyalar Rusiya iqtisadiyyatını onilliklər ərzində resessiyaya sürükləyəcək”
Avropa Komissiyası (AK) ümid edir ki, Avropa İttifaqının sanksiyaları “Rusiya iqtisadiyyatını onilliklər ərzində resessiyaya sürükləyəcək”. Bunu AK-nın rəhbəri Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib. “Biz Rusiya iqtisadiyyatını onilliklər ərzində tənəzzülə sürükləyən ən güclü sanksiyaları tətbiq edirik və onun sənayesi müasir və kritik texnologiyalardan məhrum olacaq”, – deyə o bildirib.…










