Britaniya Aİ ilə münasibətləri bərpa edir

Böyük Britaniyanın baş naziri Rişi Sunak nazirlərdən və rəsmilərdən ölkənin Avropa İttifaqı ilə əlaqələrini bərpa etmək üçün plan hazırlamağı xahiş edib. Məlumata görə, söhbət müdafiə, miqrasiya, ticarət, enerji və beynəlxalq standartlar sahələrində daha sıx əməkdaşlıqdan gedir. Bildirilir ki, Böyük Britaniya tezliklə Aİ ilə Şimali İrlandiya üçün ticarət sazişlərinə dair uzun müddətdir davam edən mübahisə ilə…

NATO rəhbərinin səlahiyyət müddəti uzadılacaq

NATO Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı sabitliyi qorumağa çalışdığı üçün Alyansın baş katibi kimi Yens Stoltenberqin səlahiyyət müddətini uzatmağı planlaşdırır. Diplomatik mənbələrə istinadən yayılan məlumata görə, NATO ölkələri Stoltenberqin səlahiyyət müddətini 2024-cü ilin aprel ayına qədər uzadacaq. Bildirilir ki, 30 NATO ölkəsi arasında məsələ ilə bağlı qeyri-rəsmi razılıq var və yaxın həftələrdə rəsmi qərarın veriləcəyini…

Polşa prezidenti Putinə nə deyəcəyini açıqlayıb

Polşa prezidenti Anjey Duda bildirib ki, əgər rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilsəydi, ona Ukraynadakı münaqişənin Moskva üçün xoşagəlməz nəticələri barədə xəbərdarlıq edərdi. “Vladimir Putinə nə deyərdim? Ona deyərdim ki, gec-tez bu, onun üçün pis bitəcək. Çünki inanıram ki, dünya birləşəcək, dürüstlük və ədalətin tərəfində olacaq. Düzgünlük və ədalət isə Ukrayna tərəfdədir”, – deyə  Duda…

Türkiyədə zəlzələ qurbanlarının sayı 29 605 nəfərə çatıb

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 29 605 nəfərə çatıb. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa,…

Zelenski 200 rusiyalıya qarşı sanksiyalar tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə əlaqəsi olan iki yüz şəxsə qarşı sanksiya tətbiq edib. Dövlət başçısı müvafiq tədbirləri nəzərdə tutan 75 saylı fərmanı imzalayıb. Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının icrasına nəzarət qurumun katibi Aleksey Danilova həvalə edilib. Bundan əlavə, Milli Təhlükəsizlik və Müdafiə Şurasına, Ukrayna Təhlükəsizlik Xidmətinə və Nazirlər Kabinetinə şəxsi sanksiyaların…

Türkiyədə zəlzələdən sağ çıxan 76 uşaq ailəsinə təhvil verilib

Türkiyədə dağıntılar altından sağ çıxarılan 574 uşaqdan 76-sı ailələrinə təhvil verilib. Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib. Onun sözlərinə görə, hazırda azyaşlılardan 503-nün şəxsiyyəti məlumdur və qalanlarının şəxsiyyətinin müəyyən olunması istiqamətində iş gedir. “Xəstəxanada 380 uşağın müalicəsi aparılır. Hazırda sığınacaqlarda 118 uşaq var. Ümumilikdə, dağıntılar altından sağ çıxarılan 574 uşaqdan 503-nün şəxsiyyəti məlumdur. Bir daha…

İrandan Rusiyaya qeyri-qanuni yolla təkmilləşdirilmiş PUA-lar gətirilib

“The Guardian” Tehrandakı mənbələrə istinadən iddia edir ki, İran Ukrayna ilə münaqişədə istifadə üçün Rusiyaya yeni növ qabaqcıl uzunmənzilli döyüş PUA-ları keçirmək üçün qayıqlardan və dövlət aviaşirkətindən istifadə edib. Nəşr qeyd edir ki, Rusiya zabitləri və texniki mütəxəssislərinin 2022-ci ilin noyabrında Tehrana xüsusi səfərindən sonra İran tərəfi ən azı 18 belə PUA-nı Rusiya Hərbi Dəniz…

Avropa İttifaqı liderləri Türkiyə prezidentinə başsağlığı məktubu ünvanlayıblar

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Türkiyədə baş verən dağıdıcı zəlzələlərlə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıblar. Bundan əlavə, bu gün Brüsseldə keçirilən Avropa İttifaqı Liderlər Zirvəsi bir dəqiqəlik sükutla başlayıb. Türkiyə prezidentinə ünvanlanan məktubda qeyd olunub ki, Avropa İttifaqının aidiyyəti strukturları zəlzələdən sonra göndərilən yardımların tez bir zamanda Türkiyəyə çatması üçün əllərindən gələni…

“Silah tədarükü ilə bağlı müsbət qərarlar var”

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Qərb qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı artıq müəyyən müsbət qərarlar var, lakin Rusiyanın bunlardan xəbəri olmamalıdır. O, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında danışıb. “Pərdə arxasında qırıcılarla bağlı müəyyən müsbət qərarlar alınıb”, – deyə…