“Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik”

“Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalı və açıqdır”. Bu barədə Prezident İlham Əliyev Münhendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib. Azərbaycanın mövqeyini qapalı görüşlərdə də, rəsmi açıqlamalarda da ifadə etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz…

“Torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib”

“Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilmirdi”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışında deyib. “Bizim torpaqlımız 30 ilə yaxın erməni işğalı altında qalıb. Baş nazir Qaribaşvili qeyd etdi ki, 2008-ci ildə, Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı…

“Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb”

“Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb”. Bunu Prezident İlham Əliyev Münhendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə bildirib. Dövlətimizin başçısı, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpa olunan enerji potensialına malik olduğunu vurğulayıb. Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırıb,…

“İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır”

“İtaliya Avropa İttifaqı məkanında Azərbaycanın ən yaxın tərəfdaşıdır. Son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfəri əlaqələrimizin inkişafının real göstəricisidir”. Bu barədə Prezident İlham Əliyev Münhendə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşündə bildirib. Bu xüsusda ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan “Leonardo” şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən dövlətimizin başçısı müdafiə…

Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 15-də və 16-da Cəlilabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Cəlilabad şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl, Cəlilabad rayonlarından qəbula gələn 225 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin…

Zelenski G7 sammitinə dəvət olundu

2023-cü ildə G7 qrupuna sədrlik edən Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna Prezidenti Volodimir Zelenskini fevralın 24-də qrupun onlayn sammitində iştirak etməyə dəvət edib. Məlumata görə, qarşıdan gələn onlayn görüşdə Zelenskinin birliyin mayın 19-21-də Xirosimada keçiriləcək əyani sammitinə dəvət olunması məsələsi qaldırıla bilər. G7 liderlərinin danışıqları 2023-cü ildə Yaponiyanın sədrliyi ilə keçiriləcək ilk danışıqlar olacaq. Görüşdə…

“Rusiya ilə qarşıdurma uzun illər davam edə bilər”

NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən alyans hadisələrin belə inkişafına hazır olmalıdır. Bu barədə cümə axşamı NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. “Biz uzun müddətə hazırlaşmalıyıq, bu, uzun illər çəkə bilər”, – deyə o, bəyan edib. Stoltenberq əmin olduğunu bildirib ki, alyansa üzv olan 30 dövlət hələ də Ukraynanı dəstəkləməyə sadiqdir…

Norveç Ukraynaya milyardlarla dollarlıq yardım edəcək

Stortinq (Norveçin birpalatalı parlamenti) Ukraynaya 75 milyard kron (73,7 milyard dollar) dəyərində olan beşillik dəstək proqramını səs çoxluğu ilə qəbul edib. Bu barədə Norveç hökumətinin saytında məlumat verilib. Ölkənin baş naziri Yonas Qar Störe Ukraynaya dəstək proqramı ilə bağlı belə geniş paketdən çox məmnun olduğunu bildirib. Hökumət başçısı qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski…

ABŞ Ukraynaya 10 milyard dollar ayıracaq

Ukrayna Vaşinqtondan daha bir əlavə maliyyə yardımı alacaq. Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib. Söhbət ABŞ-nin Ukrayna hakimiyyətinə maliyyə yardımı kimi ayırmağı planlaşdırdığı 9,9 milyard dollardan gedir. Vəsaitin yaxın aylarda ayrılacağı bildirilib. Xatırladaq ki, ABŞ, demək olar ki, müharibənin əvvəlindən Ukraynaya həm pul, həm silah, həm də sursatla fəal dəstək verir.

Kiyev səmasında altı hava şarı vuruldu

Ukrayna hava hücumundan müdafiə sistemləri Kiyev şəhəri səmasında altı hava şarını vurublar. Bu barədə şəhər hərbi administrasiyasının “Telegram” kanalında dərc olunan məlumatda deyilir. Ukrayna paytaxtının səmasında ilk naməlum obyektin tapılması fevralın 14-də məlum olub. “Dəqiqləşdirilən ilkin məlumata görə, bunlar küləyin təsiri altında kosmosda hərəkət edən şarlar olub”, – administrasiyadan bildiriblər. Səlahiyyətlilər balonların reflektorlar və kəşfiyyat avadanlığı…