Prezident İlham Əliyev Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin məzarını ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist…

Ərdoğan beynəlxalq sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib. Bu barədə qərar “Resmi gazete”də dərc olunub. Anlaşma Memorandumuna əsasən, tərəflər bu sahədə münasibətlərin təkmilləşdirilməsi məqsədilə gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyası yaradacaq və məlumat mübadiləsi aparacaqlar. Qeyd…

Ulu öndər Heydər Əliyevə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən bəhs edən “Dövlətin keşiyində” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və onların ailə üzvləri iştirak ediblər. Çıxış edənlər Elmira Axundovanın yaradıcılığından ətraflı söhbət açıb, uzun illər ərzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi…

TÜRKPA-nın Ankara Bəyannaməsində Azərbaycan üçün bir sıra vacib məsələlər yer alıb

Aprelin 27-28-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) XII Plenar İclası keçirilib. İclas Ankara Bəyannaməsinin qəbul olunması ilə başa çatıb. APA xəbər verir ki, bəyanatda Azərbaycan üçün bir çox vacib məsələlər əksini tapıb. Belə ki, sənəddə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və qarşılıqlı hörmət əsasında Azərbaycan və Ermənistan…

Azərbaycan və Türkiyə prezidentləri “CNN Türk”ün müxbirinin suallarını cavablandırıblar

“TEKNOFEST” festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan “CNN Türk” televiziyasının müxbiri Fulya Öztürkün suallarını cavablandırıblar. Prezident İlham Əliyev müsahibədə deyib: Çox xoşbəxtəm ki, qardaşımın yanındayam, burada da olmalıyam. Bu gözəl, möhtəşəm bayramı bərabər qeyd etdik, təbriklərimizi çatdırdıq. Mən söylədim ki, bu il…

BMT rəsmisi Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva xalqımızı Ramazan bayramı münasibəti ilə təbrik edib. Bu barədə o, “Twitter” hesabında paylaşım edib. “BMT nümayəndəliyi adından Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Qoy bu gün sizə sülh, xoşbəxtlik və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!” – Vladanka Andreyeva qeyd edib.  

Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib. Bu barədə o, rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər…

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb

Bakıda Ramazan bayramı münasibətilə namaz qılınıb. Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb. Qeyd edək ki, Təzəpir məscidində isə bayram namazı saat 09:00-da qılınacaq. Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə…