Tayvan yaxınlığında döyüş təyyarələri havaya qaldırıldı
Tayvan hərbçiləri gün ərzində adanın yaxınlığında 57 Çin döyüş təyyarəsi və dörd hərbi dəniz gəmisi aşkar ediblər. Bu barədə Tayvan hərbi departamentindən məlumat verilib. Tayvan ətrafında hava və dəniz məkanının müşahidəsi yanvarın 8-i səhər saat 6-dan 9-u səhər saat 6-dək aparılıb. Xalq Azadlıq Ordusunun 57 təyyarəsindən 28-i Tayvan Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında müşahidə olunub.…










