“Özbəkistan xalqı Şavkat Mirziyoyevə yenidən böyük etimad göstərir”

Azərbaycan Prezidenti İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini Azərbaycana etməsi faktını qardaşlıq və dostluğun göstəricisi adlandırıb. Dövlətimizin başçısı özbək həmkarı ilə mətbuata bəyanatında deyib: “Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə və xalqımıza münasibətinizin göstəricisidir”. Özbəkistan xalqının Şavkat Mirziyoyevə…

“Ermənistan son zamanlar çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır”

Azərbaycanın ərazilərinin işğalı nəticəsində qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarını 30 ilə yaxın bir dövrdə heçə sayan və 44 günlük müharibədən sonra beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edən Ermənistan tərəfi son zamanlar yalnız Təhlükəsizlik Şurası ilə məhdudlaşmayan çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə…

“Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır”

“Bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüz illik yubileyi Özbəkistanda çox yüksək səviyyədə keçirilib”. Bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi geniş tərkibdə görüşdə söyləyib. Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşıldığını deyən Prezident Mirziyoyev bildirib: “Hesab edirəm ki, görülən bütün…

Ukrayna “F-16” almaq üçün bir sıra şərtləri yerinə yetirməlidir

ABŞ Konqreslə məsləhətləşmələrdən və ukraynalı pilotlar üçün təlimlər başa çatdıqdan sonra Ukraynaya döyüş təyyarələrinin göndərilməsinə razılıq verəcək. Bununla belə, Kiyev də bir sıra şərtləri yerinə yetirməli olacaq. Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq məlumat verib. Məlumata görə, pilotlar, xüsusilə, ingilis dilini bilməli, Ukrayna hakimiyyəti isə yerdə lazımi logistikanı təmin etməlidir. “Bu meyarlar yerinə…

Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Özbəkistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verib. Prezident Şavkat Mirziyoyev…

Yazıçılar Birliyinin Şimal-Qərb regional bölməsi açılıb – FOTO/VİDEO

Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb regional bölməsi açılıb. Bununla bağlı Zaqatala rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, əməkdar mədəniyyət işçisi, kino-dramaturq İlqar Fəhmi, Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq mühafizə orqanları rəhbərləri, bir çox nazirliklərin regional idarələrinin rəhbərləri, şair, yazıçılar və bölgənin ziyalıları iştirak ediblər. Tədbir…

Putin Ukraynada kasset bombalarından istifadə edə biləcəyinə işarə etdi

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı kasset bombalarından istifadə edə biləcəyinə işarə edib. Platform4.news xəbər verir ki, bu barədə dövlət başçısı müsahibədə bildirib. “Əgər onlar bizə qarşı istifadə edilərsə, biz güzgüvari hərəkət hüququmuzu özümüzdə saxlayacağıq”, – o qeyd edib. O vurğulayıb ki, Rusiyada kasset mərmilərin “kifayət qədər ehtiyatı” var. “Birləşmiş Ştatlar özü əvvəllər kasetli sursatlardan…

Farer adalarında ənənəvi balina ovu mövsümü başlayıb: Dəniz qana boyandı

Farer adaları sakinlərinin ənənəvi balina ovlaması mövsümü başlayıb və nəticədə dəniz suları al qan rənginə boyanıb. Bu ərazilərdə əhali uzun keçən soyuq aylar üçün tədarük görür, xüsusən qış aylarında balinalarının əti və yağı ilə qidalanırlar. 53 min əhalisi olan adada balina ovu xüsusi qanunla tənzimlənir. Yerli sakinlər deyir ki, balinalara mümkün qədər əzab verməyərək milli…

“Beynəlxalq hüququn gücünü yalnız Ukrayna ərazilərinin işğaldan azad edilməsi ilə qaytarmaq olar”

Ukraynanın işğaldan olan bütün ərazilərinin geri qaytarılması ilə hüquqa əsaslanan beynəlxalq nizamın gücünü bərpa etmək mümkün olacaq. Bu açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib. “Biz ərazilərimizi işğaldan azad etmək və xalqımız üçün sülhü bərpa etmək üçün bütün səviyyələrdə beynəlxalq işimizi ən yüksək səviyyədə görməyə davam edəcəyik”, – deyə Ukrayna lideri vurğulayıb. Zelenski, həmçinin,…

“Krım bizim olacaq, məni heç kim dayandırmayacaq”

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı bildirib ki, hətta ölkənin müttəfiqləri buna qarşı çıxsa belə, Krım Kiyevin nəzarəti altında olacaq. O, bu barədə “The Washington Post” qəzetinə müsahibəsində bildirib. “Vasitəm olan kimi nəsə edəcəyəm. Fərqi yoxdur – heç kim mənə mane olmayacaq”, – deyə Zalujnı bildirib. O, Ukraynanın qələbəsi ilə bağlı konsepsiyasını da…