ABŞ kosmik gəmisi buraxılışdan sonra partladı

“Starship” kosmik gəmisinin prototipini daşıyan raket havaya qalxdıqdan 4 dəqiqə sonra partlayıb. Hadisənin canlı yayımı “SpaceX” şirkətinin saytı vasitəsilə aparılıb. Yayımlanan görüntülərdən belə məlum olub ki, 38 km hündürlüyə çatan 120 metrlik raket buraxılışdan təxminən iki dəqiqə yarım sonra nəzarətsiz şəkildə fırlanmağa başlayıb. Dəqiqə yarım sonra isə partlayış baş verib. Qeyd olunub ki, raket buraxılış…

Latviyada 9 May Qələbə Gününün qeyd edilməsi qadağan olundu

Aprelin 20-də Latviya Seymi təcili olaraq iki oxunuşda “Mayın 9-da bəzi kütləvi tədbirlərin qadağan edilməsi haqqında” qanunu qəbul edib. Artıq ölkədə mayın 9-da Avropa Günü ilə bağlı olanlar istisna, hər hansı ictimai tədbirlər qadağandır. Əvvəllər Seymin bu il mayın 9-nun Ukrayna müharibəsində həlak olan və yaralananların anım günü elan edilməsinə dair qərar qəbul edəcəyi güman…

“Türkiyə uğurlu texnoloji təşəbbüslərin bəhrəsini görür”

“Türkiyə son 20 ildə genişmiqyaslı texnoloji təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş dövlət siyasətinin bəhrəsini görür”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə istehsalı olan ilk Yerin zondlama peykinin – İMECE-nin orbitə buraxılması mərasiminin iştirakçılarına videomüraciətində deyib. O, “kosmik iqtisadiyyat”ın miqyasına diqqət çəkib: “2009-cu ildə 245 milyard dollardan söhbət gedirdisə, 2021-ci ildə bu rəqəm 469 milyard dollara çatıb. Özü…

Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür

Beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür. Bu barədə Türkiyə Prezident Administrasiyasından (PA) bildirilib. Administrasiyadan o da bildirilib ki, bu kimi hallar yolverilməzdir. “Azərbaycan bayrağının yandırılmasını qınayırıq, bayraq yandırmaq eyni zamanda açıq nifrət təzahürüdür və inkişaf etməmiş toplumlara xasdır” – deyə PA-dan bildiriblər. Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır…

“Türkiyə yumşaq və sərt gücdən balanslı istifadə etməklə böyük siyasi aktor olub”

“Türkiyənin artıq həm sərt, həm də yumşaq gücü var. Biz bu güclərimizdən balanslı, yerli-yerində istifadə etməklə böyük siyasi aktor olmuşuq”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada vətəndaşlarla görüşündə deyib. O bildirib ki, Türkiyə təsir gücünü daha da genişləndirməyə, şanlı türk bayrağını dünyanın ən yüksək zirvələrində dalğalandırmağa davam edəcək. Çavuşoğlunun sözlərinə görə, Türkiyə bütün…

“Aram Nikolyan ən sərt şəkildə cəzalandırılsın” – İHİMM-nən SƏRT REAKSİYA

14 aprel 2023-cü il tarixdə İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Rezonans.az xəbər verir ki, “İnsan Hüquqları İnkişafı və Maarifləndirmə Mərkəzi” İctimai Birliyi bu barədə məlumat yayıb. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təxribatı kimi ölkəmizə qarşı nifrət hissi olaraq, dövlət bayrağımıza qarşı bu xoşagəlməz cinayəti kəskin şəkildə pisləyərək etiraz edirik. Ermənistan…

Ukrayna və Rusiya üzərində uçuş məhdudiyyətləri yeddi il uzadıldı

“Ukrayna üzərində təyyarələr 2029-cu ilə qədər uçmayacaq”. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı Ukrayna üzərində mülki uçuşların bərpası ilə bağlı proqnozunu açıqlayarkən bildirib. Ekspertlər bildiriblər ki, Ukraynadan başqa Moldova, Belarus və Rusiya hava məkanları da bu siyahıda yer alıblar. “Ukrayna, Rusiya, Belarus və Moldova hava məkanlarındakı məhdudiyyətlər proqnoz üfüqünün sonuna (2029) qədər qüvvədə qalacaq”, – deyə…

İran və Rusiya aviasiya sahəsində memorandum imzaladılar

İran və Rusiya aviasiya sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalayıblar. Bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxş məlumat verib. “İran və Rusiya arasında ən yüksək səviyyədə (pilotların) təlimi üçün infrastrukturdan və (təyyarələrin) təmiri və texniki xidmət mərkəzlərindən istifadə edilməsinə dair ikitərəfli memorandumlar və sazişlər imzalanıb”, – deyə o bildirib.

“Təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”

“Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir”. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 11 aprel tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın…

Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə görəcəyi işləri açıqlayıb

“Gələcək dövrdə prioritetimiz fevralın 6-da baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq, dağılmış şəhərlərimizi bərpa etməkdir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının seçki platforması və millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində deyib. Onun sözlərinə görə, vətəndaşlarının həyat və əmlak təhlükəsizliyi hakimiyyət üçün ən vacib məqamdır: “Şəhərlərimizi təbii fəlakətlərə qarşı…